Pakistanda pedofiliyaya qarşı yeni qətnamə qəbul olundu

“Onlar qisas aktlarıdır və onların təsirli vasitə kimi xidmət etməsinə dair heç bir dəlil yoxdur”.

Source: Foto: google.ru


Uşaqları cinsi istismar edənlər kütləvi asılmalıdır

Pakistanın parlamentinin aşağı palatası uşaqların cinsi istismarı və öldürülməsində ittiham olunan insanların kütləvi şəkildə asılmasını tələb edən qətnamə qəbul edib. RFE/RLxəbər verir ki, parlamentin bu qərarı müxalifət və insan haqları aktivistləri tərəfindən pislənib.

“Uşaqlara qarşı cinayət törədənlər mərhəmətə layiq deyil. Onlar şəhər mərkəzində asılmalıdır”,- Parlament İşləri üzrə nazir Əli Məhəmməd Xan fevralın 7-də parlamentə qətnaməni təqdim etdikdən sonra deyib.

Deputatların yarıdan çoxu qətnamənin lehinə səs verib. Qətnamə xüsusilə Pakistanın rəhbər Təhrikə İnsaaf Partiyası tərəfindən dəstəklənib.

Pakistan Xalq Partiyası (PPP) qətnamədə deyilənlərə qarşı çıxıb və deyib ki, cəzaların sərtləşdirilməsini artırmaq uşaqların cinsi istismarını azaltmayacaq.

Son illərdə Pakistanda uşaqlara qarşı cinsi cinayətlərdə sıçrayış qeydə alınıb. Bu, küçə etirazlarına və milli qınağa səbəb olsa da, bununla bağlı məhkumluq halları nadir olub.

Elm və texnologiya naziri, parlamentin üzvü olan Favad Çodri (Fawad Chaudhry) qətnaməni “qəddar sivilizasiya təcrübələrinə uyğun başqa növ təhlükəli akt” olaraq xarakterizə edib.

“Amnesty İnternational” ölüm cəzasının cinsi istismar və uşaqların öldürülməsinə cavab olmadığını deyib və ictimai asılmaları “hüquqlara hörmət edən cəmiyyətdə yeri olmayan” düşünülməmiş qəddarlıq aktı adlandırıb.

2014-cü ilin dekabrında Peşavar şəhərində bir məktəbdə islamçılar tərəfindən 150-dən çox insanın öldürülməsindən sonra Pakistan edam cəzasına yeddi illik qeyri-rəsmi moratoriumu qaldırıb. Öldürülənlərin əksəriyyətinin uşaq olduğu bildirilir.

Edamlar “ədaləti təmin etmir” deyən “Amnesty İnternational” təşkilatının Cənubi Asiya üzrə direktor müavini Ömər Varayich deyib:

“Onlar qisas aktlarıdır və onların təsirli vasitə kimi xidmət etməsinə dair heç bir dəlil yoxdur”.

“Cinsi istismara qarşı qanunlar tətbiq edilməli və uşaqlara qarşı zorakılıq edənlər ölüm cəzasına müraciət etmədən ədalətli məhkəmə qarşısına çıxarılmalıdır”, o deyib.

Pakistan 2016-cı ildə yetkinlik yaşına çatmayanların cinsi istismarına və uşaq pornoqrafiyasına qarşı qanun təqdim edib.

Bu addım 2015-ci ildə Pəncab əyalətində bir kənddən olan uşaqların yüzlərlə pornoqrafik videolarının yayılmasıyla ortaya çıxan pedofiliya qalmaqalından sonra atılıb. Həbslər həyata keçirilsə də, o zaman sadəcə təcavüz halları qanunla cəzalandırıldığı ciddi addımlar atılmamışdı.

Qeyri-hökumət təşkilatı Sahilin verdiyi məlumata görə, 2018-ci il ərzində 3,832 uşağa qarşı zorakılıq hadisəsi qeydə alınıb.

Ana səhifəDünyaPakistanda pedofiliyaya qarşı yeni qətnamə qəbul olundu