Azərbaycan-İran sərhədi

Source: Foto: google.az

Caption: Azərbaycan-İran sərhədi

İranla sərhədin bağlanması barədə qərarın müddəti uzadıldı

Article was updated on :  25 March 2020

Növbəti tarix kimi aprelin 20-i göstərilib

Azərbaycan ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması göstərilir.

Azərbaycan İran İslam Respublikası ilə sərhədini fevralın 29-da qapayıb. Azərbaycanın Gürcüstan, Rusiya və Türkiyə ilə də sərhədləri müvəqqəti bağlanıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/zqcipc

Most Viewed