Seymur Həzi

Source: Foto: Meydan TV

Caption: Seymur Həzi

Fəlakətin anonsu

Yeni dünyaya doğru ölüm-dirim savaşı

Dünya baharın gəlişinə payız əhval-ruhiyyəsində girməkdədir. Neft qiymətinin ucuzlaşmasının yaratdığı iqtisadi kataklizmlər və koronovirusun hələ törədəcəyi sosial böhran 2020-ci ilin baharının günəşli olmayacağını deməyə əsas verir. Bu soyuq və dondurucu yazın gəlişi ərəfəsində dünyanın real mənzərəsi necədir? Xüsusilə, Azərbaycan bu durumdan necə təsirlənəcək?

Putindən sanksyalara əsəbi reaksiya

ABŞ-da Rusiyanın bu ölkədə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə dair müzakirələr nəinki Trampın Putinlə ehtimal olunan münasibətlərinin yaranmasına imkan verdi, hətta vəziyyəti daha da gərginləşdirdi. Tramp hakimiyyəti xarici siyasətdə geopolitik iddialarını bir qədər geri çəkmək fikrində idi, amma yaranmış vəziyyət respublikaçı adminstrasiyanı geosiyasətin düz mərkəzindəki burulğana atdı. Tramp hökuməti ard-arda Rusiyaya qarşı sanksiyalar haqqında qərarları təsdiqlədi. Bununla da Putin Rusiyası ilə özündən əvvəlki hökmətlərdən daha sərt münasibətlərə qədəm qoydu. Kremlin bu sanksiyalara iki reaksiyası ola bilərdi.

Birincisi, olduqca nəzəridir. Yəni Rusiya özünün üzləşdiyi sanksiyaları ortaya çıxaran hərəkət və iddialardan geri çəkilməlidir. Misal üçün Krımı Ukraynaya, Osetiyanı Gürcüstana qaytarmalı, əlini qaranlıq elan edilmiş qüvvələrin kürəyindən götürməlidir. Təbii ki, Moskvanın belə bir addım atacağını ancaq nəzəri olaraq düşünmək olar.

İkincisi, Putin əlindəki imkanlarla Qərbin nəhənginə cavab verməliydi. Təbii ki, siyasi intriqalar bəzən belə nəticələrə gətirib çıxarır ki, şəxsi hikkələr milyonların taleyində ağır izlər buraxır. Xüsusilə də qapalı sistemlərdə. Bununla da Putin OPEC ölkələri ilə hasilatı azaltmaq yolu ilə neftin qiymətini sabit saxlamaq barədə sazişdən çıxaraq, hasilatı artırmağa və dünya bazarında neft qiymətini aşağa salmağa qərar verir. Bu o deməkdir ki, maya dəyəri bir barel üçün 50-60 dollar arasında dəyişən ABŞ şist nefti 12-20 dolar arasında başa gələn rus, ərəb və İran neftinə uduzacaq. Ancaq bu zərbə təkcə ABŞ-a dəymir və Rusiyanın davranışı Səudiyyə Ərəbistanını da təsirləndirir. Bu zaman rəqabətin ikinci dalğası başlayır- ən ucuz satmaq dalğası. Bu isə o deməkdir ki, daha çox qazanmağa ehtiyacı olan Səudiyyə Ərəbistanı daha ucuz qiymətə satacaq. Həm 50 milyard büdcə kəsirinə, həm də bu il baş tutmayacaq həcc ziyarətinin vuracağı ziyana görə. Deməli, vəziyyət olduqca mürəkkəbdir və bu “uzuclaşdırma” yarışının harada dayanacağını təxmin etmək asan deyil. Çünki bu indiki situasiyada iqtisadi faktordan daha çox siyasi emosional faktordur. Beləliklə, şübhə yoxdur ki, bu yarışdan daha çox əziyyət çəkən ölkələr iqtisadiyyatı neftdən və neft infrastrukturundan asılı olan ölkələr olacaqlar. O cümlədən Azərbaycan. Biz dünyadan təcrid oluna bilmərik və üzləşəcəyimiz böhran qaçılmazdır. Bunu önləmək üçün hökumətin tədbirlər planı nədən ibarərətdir? Bunu isə hələ ki, heç kim bilmir.

Koronovirus iqtisadi böhrandan sosial fəlakətə

Əlbəttə, Çin iqtsadiyyatı koronovirus nəticəsində ciddi ziyan görüb. Pekinin bütün iqtisadiyyatı yenidən bərpası və enerjiyə təlabatı əvvəlki həddə gətirməsi əlbəttə ki, vaxt alacaq. Bu o deməkdir ki, ucuz neft satanlar üçün də hələ bir müddət yaxşı olmayacaq. İtaliyada vəziyyətin pisləşməsi də bu ölkədə iqtisadiyyata mənfi təsir edəcək və şübhəsiz Azərbaycan neftinin bir nömrəli alıcısının yaxşı olmayan vəziyyəti bizə də pis təsir göstərəcək. Bunun ardınca Azərbaycanda devalvasiyanın ehtimal olunan proqnozları necə ola bilər. İqtisadçılar hesab edirlər ki, neftin qiyməti 25-30 dollar arasında qalsa, hökumət devalvasiyaya gedəcək. Bu devalvasiyanın gətirəcəyi ziyan isə daha ağır ola bilər. Çünki 2015-ci il devalvasiyasının şoku hələ də iqtisadiyyatımız üzərində təsirini saxlayır. Ancaq umutmaq olmaz ki, hökumət manatın dəyər itirməsində maraqlı deyil və hələ ki siyasi iradə indiki məzənnəni qorumağın tərəfindədir.

İnsan iradəsinin imtahanı

Almaniya iqtisadiyyatında enmənin statistikası yenidən açıqlanıb və bu aşkar şəkildə yeni sosial böhranın siqnalıdır. Çünki davam edən böhranın nə qədər çəkəcəyi bilinmir. Ən vacib faktor isə bu çalxalanmaların yeni geopolitik, hətta makro reallıqlar yaradacağının qaçılmazlığıdır. Dünya artıq yenidən canlanmaq üçün ölüm-dirim savaşı verəcək, özü də bu silahla olmayacaq. Aclıq və epidemiya 21-ci əsrdə ən az gözlənilən fəlakət olsa da, indi bir nömrəli düşmənə çevrilməkdədir. Bu cür planlaşdırlmayan fors-majordan çıxmaq isə insan iradəsinin növbəti sınağıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5fvfs0

Most Viewed