Milli Məclis

Source: Foto: Meydan TV

Caption: Milli Məclis

Donald Trampın fərmanı azərbaycanlı deputatları həvəsləndirib

Article was updated on :  31 May 2020

Milli Məclisdə sosial şəbəkələrə nəzarət məsələsi yenidən gündəmə gətirilib

Milli Məclisin mayın 31-də keçirilən iclasında deputatlar ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətlə bağlı fərmanına münasibət bildiriblər.

Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib ki, uzun müddətdən sonra Amerika bütün dünya ölkələrinə səpdiyi toxumların artıq özünə qarşı çıxdığını başa düşüb. O xatırladıb ki, vaxtilə bu məsələləri qaldırıb və o zaman deyib ki, xaricdə oturub məsuliyyətdən kənarda qalanlar, silahlı terrorizmə dəstək verənlər, dövlət nümayəndələrinə sui-qəsdi dəstəkləyənlər və s. ekstremizm çağırışları idi.

Deputat Azərbaycanda bu məsələni qaldıranda ölkədə söz, mətbuat azadlığının pozulması kimi qiymətləndirildiyini deyib.

“Anonim şəkildə internetdən istifadə öz həllini tapmalı idi. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keç, nə istəyirsən yaz. Hanı “Human Rights”, “Freedom House”, hanı Osmanqızı, Arif Yunus, Amerika çörəyi yeyən Cəmil Həsənli?! Niyə Trampa bir söz deyə bilmirlər? Bu məsələ öz həllini tapmalıdır”.

Deputat Cavid Osmanov Trampın fərmanının saxta profillərdən istifadə, insanların şərəf və ləyaqətinin qorunması kimi məsələləri özündə əks etdirdiyini deyib. Onun sözlərinə görə, belə bir qanunun Azərbaycanda qəbul edilməsinin vaxtı çatıb. Deputat hesab edir ki, bu, milli təhlükəsizliyi daha da gücləndirəcək.

“Bu, ölkəmizdə insanların şərəf və ləyaqətini qorumaq üçün vacib bir qanun layihəsi olar. Milli Məclis belə bir qanunun qəbul edilməsinə öz töhfəsini versin”.

Nə baş verib?

ABŞ prezidenti Donald Tramp mayın 28-də ölkədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən icraedici sərəncam imzalayıb.

Prezident bəyan edib ki, “Twitter” kimi sosial şəbəkələr neytral platforma olduqlarını iddia edərək, indiyə qədər hər hansı bir məsuliyyətdən azad olublar.

“İcraedici sərəncam qanunun sahə üzrə etika maddəsilə nəzarəti təmin edəcək. Senzura tətbiq edən və siyasi hərəkətlər edən sosial şəbəkələrin məsuliyyətə cəlbedilmə qarşısında müdafiəsi olmayacaq”, - Donald Tramp deyib.

“Twitter” şirkətinin rəhbərliyi Donald Trampın imzaladığı sərəncamı siyasiləşdirilmiş və reaksion adlandırıb.

“Qanunun sahə üzrə etika maddəsi amerikalıların innovasiya, söz azadlığı hüquqlarını qoruyur və demokratik prinsiplərə əsaslanıb. Bunun birtərəfli qaydada pozulmasına cəhd gələcəkdə internet azadlığına təhlükədir”, - bəyanatda deyilir.

Ekspert nə deyir?

Hüquqşünas Ələsgər Məmmədli:

“Prezident Trampın “Twitter”in addımını tənqidi qarşılaması haqlıydı, çünki şirkət redaktor roluna girib və hər hansı məhkəmə qərarı olmadan şəxsin ifadə azadlığı hüququna müdaxilə edib. Bu baxımdan konfliktin doğuş səbəbi aydındır. Amma bundan sonra Amerikada hansısa formada sosial şəbəkədə məhdudlaşdırma addımı atmaq mümkün deyil. Çünki bu ölkənin Konstitusiyasının 1 saylı əlavəsinə uyğun olaraq ifadə və informasiya azadlığı çox geniş şəkildə qorunur. Bütün hallarda baş verən cəhdin özü o qədər də ürəkaçan deyil və ifadə azadlığına müdaxilə kimi qiymətləndirilə bilər.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Source: Foto: sosial şəbəkə

Azərbaycan deputatlarının bu cür çıxışları onların keçmiş fəaliyyətlərini təftiş etmədiyini və millət vəkili funksiyalarını aydın, sistemli icra etmədiklərinin göstəricisidir. Əgər deputatlar çıxışlarını və qanunverici orqanın fəaliyyətini təhlil etsəydilər, Cinayət Məcəlləsinin 148.1 maddəsinə əlavəsini unutmazdılar. Çünki həmin dəyişikliklə sosial şəbəkəni də ora daxil ediblər. Deputatlar fəaliyyətlərini təftiş etsəydilər görərdilər ki, 2017 və 2020-ci ilin mart ayında müvafiq qanunvericiliklərə əlavələr edilib. Bütün internet və informasiya resurslarını, sosial şəbəkələrin kontentinə müdaxilə imkanı verən hüququ normalar gətiriblər ki, bunlar hamısı Konstitusiyanın 50, Konvensiyanın 10-cu maddələrinə ziddir. Eyni zamanda, Azərbaycanın üzərinə götürdüyü BMT-nin İnsan hüquqları və mülki paktının 19-cu maddəsinə də ziddir.

Sadaladıqlarım Azərbaycan qanunvericiliyinin Avropa və Amerikadan çox sərt və məhdudlaşdırıcı olduğunu göstərir. Azərbaycanda sosial şəbəkədə yazdıqları statusa görə prokurorluğa çağırılan, inzibati həbsə məhkum olan və hətta başqa səbəblərlə həbs olunanlar da var. Məhkəmələrin bununla bağlı çoxsaylı qərarları var. Elə ona görə Azərbaycan ifadə və söz azadlığı baxımından 160-cı yerlərdən geridədir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  31 May 2020
Featured in:  
Shortlink:   http://mtv.re/am6bij

Most Viewed