Source: Meydan TV

"Bizi görəndə gülürlər, qulaqlarını çəkirlər"

"Bizi görəndə gülürlər, qulaqlarını çəkirlər"

Elmin Hüseynli eşitmə məhdudiyyətlidir. Anadangəlmə danışma və eşitmə qabiliyyəti olmayıb. 6 yaşından dərslərə başlayıb və 18 yaşında danışmağa başlayıb. Qulağına taxdığı aparatla həm də müəyyən qədər eşidir.

O, Xətai rayonunda yerləşən 55 saylı məktəbi bitirdikdən sonra Bakı Sənaye - Pedaqoji Kollecinin İnformatika müəllimliyi fakültəsinə daxil olub. 25 yaşı var, ailəlidir, bir övladı var. Bakıxanovda yerləşən bələdiyyədə mütəxəssis vəzifəsində çalışır.

“2015-ci ildən Bakıxanov bələdiyyəsində işləyirəm. Birinci vəzifəm fəhlə olub. İşdə kömək edirdilər, öyrədirdilər, məşq edirdik. Vəzifəmi təzə dəyişmişəm, mütəxəsiss işləyirəm. Bütün qəsəbənin yoluna, asfaltına baxıram, kömək eləyirəm”- deyir Elmin.

O bildirir ki, işarət dili ilə danışanların yolu dövlət qurumlarına düşəndə onların dilini bilən bir kimsə qarşılarına çıxmır.

“Xəstəni müalicə eləməyə, əməliyyata, ya polisə getməyə, maşını tutublar, cəriməsi var, ona görə danışa bilməyəndə, başa düşməyəndə, mən gedib danışıram. Heç yerdə, polisdə, xəstəxanada, işarə dilin bilmirlər, kömək edə bilmirlər. Mən gedib kömək eləyirəm”.

O deyir ki, ictimai yerlərdə işarət dili ilə danışan insanları görəndə onlara gülürlər, qulaqların çəkirlər, qorxurlar. “Bütün insanlara demək istəyirəm ki, işarət dilli insanlar görəndə gülməyin, qorxmayın, qulağınızı çəkməyin, işarət dilini öyrənin”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/wx3fx3

Most Viewed