Sakinlər hər gün nəqliyyata yetişmək üçün dizə qədər çıxan palçığı yarıb bir  kilometrə yaxın məsafə qət etməli olurlar.

Source: Foto: Meydan TV

Caption: Sakinlər hər gün nəqliyyata yetişmək üçün dizə qədər çıxan palçığı yarıb bir kilometrə yaxın məsafə qət etməli olurlar.

Biləcəridə: İşə gedəndə dayanacağa qədər ayağımıza torba geyinirik

Sakinlər yolsuzluqdan gileylidir

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dövlət Yol Polisi İdarəsinin alt hissəsində yerləşən qəsəbədaxili küçələr illərdir ki, asfalt üzü görmür. Payız aylarından başlayaraq palçıq gölməçələrinə çevrilən yollar bir də yazda quruyur. Sakinlər hər gün nəqliyyata yetişmək üçün dizə qədər çıxan palçığı yarıb bir kilometrə yaxın məsafə qət etməli olurlar.

Bu şikayətlə Biləcəri qəsəbəsi, IV məhəllədə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, məhəllənin alt hissəsindən keçən Sumqayıt şossesi 1-ci döngədə bu ilin yanvar ayından etibarən təmir işləri aparılsa da, ara küçələrin asfaltlanması üçün sakinlərdən əlavə pul tələb olunub.

“Əvvəllər məhəlləmizin alt hissəsindən keçən küçəyə 202 saylı marşrut avtobusları işləyirdi, sonra elə küçənin bərbad olması səbəbindən avtobuslar yollarını dəyişdilər. İndi yenidən həmin yolu asfaltlayıblar, amma küçəyə birləşən bütün daxili yollar bərbad olaraq qalır. Bizə işçilər dedilər ki, istəyirsinizsə, küçənin hər kvadrat metrinə görə 7 manatdan pul yığıb verin, darvazanıza qədər asfalt vuraq”, - ərazidə yaşayan Niyazi Şirinov deyir.

Sözügedən ara küçənin uzunluğu təxminən 200 metr, eni isə 9 metrdir. Sakin bildirir ki, bu ölçüdə ərazinin asfaltlanıb özlərini şəhərdə hiss eləmələri üçün gərək minlərlə manat pul toplasınlar.

Sakin bildirir ki, bu ölçüdə ərazinin asfaltlanıb özlərini şəhərdə hiss eləmələri üçün gərək minlərlə manat pul toplasınlar.

Sakin bildirir ki, bu ölçüdə ərazinin asfaltlanıb özlərini şəhərdə hiss eləmələri üçün gərək minlərlə manat pul toplasınlar.

Source: Meydan TV

“Biz özümüz dəfələrlə öz vəsaitimiz hesabına küçəyə çınqıl döşəmişik. Bir neçə il əvvəl qonşularla yığışıb yolu təmir etdik, elə təzəcə təmir bitmişdi ki, “Azərsu” gəlib qazdı, kanalizasiya çəkdi. Bizə dedilər ki, narahat olmayın, yolu əvvəlki kimi də düzəldib sizə təhvil verəcəyik. Amma heç qazdıqları torpağı da qaytarıb yerinə tökmədilər. Küçəmiz hazırda bərbad vəziyyətdədir, işə gedəndə dayanacağa qədər ayağımıza sellofan torba geyinirik. Azyaşlı uşaqları məktəbə qucağımızda aparmasaq, palçığa batıb qalarlar”, - Şirinov deyir.

Sakinin dediklərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, şəhər mərkəzinə gedib çıxınca geyimlərindən xəcalət çəkirlər.

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov bildirdi ki, qəsəbədaxili yollar icra hakimiyyətinin balansında olsa da, həmin küçələrdə asfalt örtüyünün çəkilməsi ötən ilin sonundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır.

"Azyaşlı uşaqları məktəbə qucağımızda aparmasaq, palçığa batıb qalarlar”

"Azyaşlı uşaqları məktəbə qucağımızda aparmasaq, palçığa batıb qalarlar”

Source: Foto: Meydan TV

“Biz özümüz dəfələrlə öz vəsaitimiz hesabına küçəyə çınqıl döşəmişik".

“Biz özümüz dəfələrlə öz vəsaitimiz hesabına küçəyə çınqıl döşəmişik".

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1juv2t

Most Viewed