Source: google

Azərbaycanda rekord sayda ölüm qeydə alındı

Koronavirusa yoluxanların sayı 5500-ü keçdi

Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302 933 test aparılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zx4btf

Most Viewed