Koronavirus

Source: Foto: sosial şəbəkə

Caption: Koronavirus

Azərbaycanda koronavirusla bağlı ikinci ölüm faktı qeydə alınıb

Article was updated on :  25 March 2020

Ölkədə 6 yeni koronavirusa yoluxma faktı var

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, martın 25-də Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər isə ölüb.

Ölən şəxs haqda bildirilib ki, vətəndaş yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

“Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Ölən şəxsin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən olunaraq karantinə götürülüblər”, - məlumatda deyilir.

Bu, Azərbaycanda koronavirus faktı aşkarlanmış ikinci ölümdür.

Operativ qərargahın məlumatına görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 2914 nəfər isə rəsmi olaraq karantindədir. Ümumi olaraq 93 nəfərdə koronavirus tapılıb, 10 nəfər sağalıb, 2 nəfər ölüb

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/awdzrw

Most Viewed