Zəlzələdən sonrakı İsmayılbəyli

Meydan TV Tərtər rayonunun İsmayılbəyli kəndində olub.

Source:

Noyabrın 15-i, gecə 23:48 radələrində baş vermiş zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.

Tərtər RİH-in başçısı Müstəqim Məmmədov rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyanın dəydiyini vurğulayıb:

“Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət alıb”.

Meydan TV Tərtər rayonunun İsmayılbəyli kəndində olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Ana səhifəFotoreportajZəlzələdən sonrakı İsmayılbəyli