Mənbə: Yeni Avaz

Yolun kənarından huşsuz vəziyyətdə tapılan gənc xəstəxanada ölüb

18 yaşlı Aygün Quliyevanın hansı şəraitdə və kim tərəfindən xəsarət alması hələ müəyyən olunmayıb

Beyləqanda yolun kənarında huşsuz vəziyyətdə tapılan qadın vəfat edib. Bu barədə “Yeniavaz.com”-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov məlumat verib.

Ə.Məmmədov qadının kəllə-beyin travmasından öldüyünü bildirib.

Oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər qadını huşsuz vəziyyətdə aşkar edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

Beyləqan Rayon Polis Şöbəsinin müəyyənləşdirdiyinə görə, yaralı vəziyyətdə tapılan qadın 2001-ci il təvəllüdlü, Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, Aygün Mehman qızı Quliyevadır.

Yaralıda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib.

Baş həkimin məlumatına görə, onda komatoz vəziyyətdə olduğundan hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

Aygün Quliyevanın döyülərək koma vəziyyətində yolun kənarına atıldığı güman edilir.

Polis Şöbəsindən isə bildiriblər ki, hadisəyə səbəb ilkin ehtimallara görə avtoqəzadır. Hadisənin kim tərəfindən törədildiyi hələki məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e2qihx

Ən çox baxılan