Seymur Həzi

Mənbə: Foto: Meydan TV

Başlıq: Seymur Həzi

XİN, ya X(A)İN?

Məmmədyarov nələri tələb edə bilməz?

Elmar Məmmədyarovun da korrupsiyası üzə çıxdı. Olduğu şübhə doğurmurdu. Milyardların bir əməliyyatla oğurlandığı ölkədə nazirin bir neçə milyon oğurlaması heç təəccüblü də görünmür. Amma bu məsələdə özəl olaraq üzərində durulası məqamlar var. O məqamların üzərində durmaq həm də ona görə vacibdir ki, bizim milli maraqlarımızın hansı təhlükədə olduğunu, bəlkə də bu barədə danışmağın çox gec olduğunu anlamayanlar da anlasın.

Məmmədyarov bu pulları necə qazanıb?

XİN rəhbərinin Azərbaycanda böyük biznesinin olduğuna dair məlumatlar yoxdur. Çünki onun iş və maraq dairəsi əsasən ölkəmizdən xaricdədir. Bu pulları xaricdə qazanmağın iki yolu var. Ya birbaşa maraqları satmaqla, ya da maraqları biznes imkanına satmaqla. Bunun üçün Məmmədyarov etibarlı səfirlərin “xidmət”indən yararlana bilərmi? Şübhəsiz ki, bu, elə belə də olub. Çünki onun ölkə xaricində başqa adamları yoxdur. Yəni Azərbaycan səfirləri ölkə xaricində bizneslə məşğul olublar. Hətta olmaqdadırlar. Bu fəaliyyətə imkan yaradılması üçün müvafiq ölkənin məxfi qurumları ilə əməkdaşlıq qaçılmazdır. Məsələn, Azərbaycan hökuməti ABŞ səfiri Eskuderonu bu cür yoldan çıxarmışdı. Bunun müqabilində isə səfir burada işlə məşğul olub ABŞ-ın gözünə kül üfürmüşdü. Düzdür, onun fəaliyyəti də daha çox Azərbaycan cəmiyyətinə ziyan vurmuşdu. Amma ideallardan dönən diplomat nümunəsi kimi ən barizi elə budur. Yəni bu cür fəaliyyət istənilən halda diplomatın qanunsuz fəaliyyətə girməsi deməkdir. Qanunsuz əlaqəyə girən diplomatın tək arzusu və qayğısı ifşa olunmamaqdır. Bunun üçün də kimlə əməkdaşlıq edirsə, onun damğalı quluna çevrilir. Yəni onlara və onlarla işləmək məcburiyyətində qalır. Nəticədə isə könüllü ya da zorən XAİN bir XİN yaranır. Bir sözlə, Elmar Məmmədyarovun 4 milyonu qazanması bizə çox baha başa gəlməkdədir və gələcək.

O, nə edə bilməz?

Bundan sonra Elmar Məmmədyarov və onun diplomatları dünyanın heç bir yerində “Qarabağa ədalət” deyə bilməzlər. Çünki dövlətin xəfiyyəsi və diplomatı onun ürəyi və üzüdür. Onlar çirkaba bulaşdısa, deməli, o dövlətin heç bir ağırlığı qalmayıb. Bu çirkabdan xilas olmadan dövlət üzünü kimsəyə göstərə bilməz. Əvvəlcə, üzünü təmiz saxlamalıdır ki, onun ürəyindən keçənləri icra edə bilsin. Elmar Məmmədyarov indi ABŞ-dakı erməni lobbisindən pul yığıb Şuşada andiçmə keçirən erməni həmkarına necə desin ki, çıxın Şuşadan? Ona deməzlərmi ki, ABŞ-da aldığın evləri qoru sən. Sənin işin ev almaqdır, torpaq almaq sənin işin deyil. Desələr, nə cavab verəcək Məmmədyarov? Bütün bunlar üzərində durulası məqamlardır. İlham Əliyev hakimiyyətə gəlib Elmar Məmmədyarovu nazir təyin edəndə onun belə bir açıqlaması olmuşdu ki, biz indi sıfır nöqtəsindəyik. Nə oldu? Hara qədər irəlilədik? Sizin mükləri diplomatik uğurumuz saya bilərikmi?

Bəli, indi vətəndaş da oturub düşünür ki, “Xudafəringeyt” olaylarında bizim nazirlik nə işlə məşğul imiş, fikri harda imiş ki, belə bir xəyanətə imza atılmasına imkan veriblər? Axı Məmmədyarovdan öncə belə nümunələr olub? İstefa veriblər, amma xəyanətə imza atmayıblar. İndi isə biz bir X(A)İNliklə XİN-in arasında bir hərflik məsafəni seyr edirik. Hökumətdən açıqlama və tədbir gözləyə-gözləyə.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u3t5c5

Ən çox baxılan