Mənbə: Meydan TV

ÜST Azərbaycana tövsiyyə edir ki, virusun yayılmasının qarşısını almaq üçün tədbir görsün

ÜST Azərbaycana tövsiyyə edir ki, virusun yayılmasının qarşısını almaq üçün tədbir görsün

Koronavirus kimi tanınan KOVİD 19 virusuna görə Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu Bakıda 5 gün keçirib. Azərbaycan hökumətinin dəvəti ilə gələn missiya qrupu xəstəxanalarda olub, görüşlər keçirib. Onlar görüşlərdə epidemioloji nəzarət, laborator testlərin keçirilməsi, xəstəliyin yayılmasının qarşısının alınması, tibbi ləvazimat və preparatlarla təchizatla bağlı danışıblar. Missiya apardığı təhlillərin nəticələrini bir həftə sonra açıqlayacaq.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu günə qədər Azərbaycanda 19 nəfər Covid 19 virusuna yoluxub. Onlardan 3 nəfər sağalıb və evə buraxılıb. O deyib ki, virusa yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti ilə bağlı şikayətləri araşdırılır və problemin aradan qaldırılması üçün çalışırlar.

Sağalan şəxslərdə bu virusa qarşı immunitet yaranırmı? Missiya sədri deyir, yaranır, amma bu nə vaxta qədər davam edir, hələ bilinmir.  

Ekspertlər bildirib ki, virusu aşkarlamaq üçün Azərbaycana testerlər veriblər.

Ötən il Çində aşkarlanan virus bu günə qədər 135 ölkəyə yayılıb. Yoluxma və ölənlərin sayına görə birinci yerdə Çin, ikinci yerdə İtaliya, üçüncü yerdə İrandır. Çində virusa yoluxanların sayı 80 min nəfər, ölənlərin sayı 3.177 nəfərdir.

Hər an yenilənən siyahıya əsasən ümumilikdə 140 min nəfər virusa yoluxub. Onlardan 5. 123 nəfər vəfat edib, təxminən 70 min nəfər sağalıb.

Martın 11-də Covid 19 virusu pandemiya elan olundu. Pandemiya ölkə daxilində, dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü bir epidemiyaya deyilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9bxrmn

Ən çox baxılan