Ukraynanın keçmiş səhiyyə naziri həbs edilib

Dövlət Sərhəd Xidməti deyib ki, Bohatirova avqustun 27-də Julyani (Zhulyany) hava limanında tutulub.

Source: Foto: google.ru


Keçmiş nazir dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Ukraynanın keçmiş səhiyyə naziri Rayisa Bohatirova (Bohatyrova) Belorusiyanın paytaxtı Minskdən döndükdən sonra Kiyevdə tutulub.

RFE/RL xəbər verir ki, Bohatirova beş il idi qonşu ölkədə özünün təyin etdiyi sürgündə yaşayırdı.

Dövlət Sərhəd Xidməti deyib ki, Bohatirova avqustun 27-də Julyani (Zhulyany) hava limanında tutulub. Bohatirova 2014-cü ildə kütləvi etiraz aksiyaları altında hakimiyyətdən devrilən və Rusiyaya qaçan eks-prezident Viktor Yanukoviçin hökumətində Ukraynanın səhiyyə naziri vəzifəsini icra edib.

Bohatirova özü də Yanukoviç devrildikdən sonra Ukraynanı tərk edib və 2014-cü ilin iyun ayından etibarən 6.5 milyon qrivnya (260.000 dollar) dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Ana səhifəDünyaUkraynanın keçmiş səhiyyə naziri həbs edilib