Türkiyə parlamenti “Netflix”i qadağan edib

Parlament rəhbərliyi tərəfindən şikayətlərlə bağlı araşdırma başladılıb

Foto: arxiv


Parlament rəhbərliyi tərəfindən şikayətlərlə bağlı araşdırma başladılıb

Türkiyə parlamenti Prezident Rəcəb Tayyib Ərdoğanın ölkədə sosial media platformalarının fəaliyyətini məhdudlaşdırmaq niyyətini dilə gətirməsindən bir gün sonra “Netlix”-i qadağan edib, – “Diken” xəbər verir.

Parlamentin deputatları cümə axşamı günü film platformasına daxil ola bilmədiklərini deyiblər.

Parlamentin admnistrasiyası 2019-cu ildən bəri film və TV saytlarına daxil olmaq üçün müxtəlif məhdudiyyətlər tətbiq etdiklərini və son məhdudiyyətlərin sosial mediaya nəzarət mövzusunda başlamış müzakirələrlə bağlı olmadığını deyib.

Ərdoğanın çərşənbə günü hökumətin sosial media platformalarına nəzarət üçün tənzimləmə tətbiq edəcəyini açıqlamışdı. Ərdoğan bu addımın ailəsinin onlayn platformalarda təhqir edilməsindən sonra vacibliyini vurğulamışdı.

Parlament rəhbərliyi tərəfindən şikayətlərlə bağlı araşdırma başladılıb, – “Diken” bildirib.

Ana səhifəDünyaTürkiyə parlamenti “Netflix”i qadağan edib