Türkiyə Liviyanı siyasi həll yolunu tutmağa çağırır

Onun Liviya Milli Ordusu (LNA) Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya muzdluları və Afrika qoşunlarının dəstəyi ilə paytaxt Tripolini ələ keçirməyə çalışır.

Source:


Liviya neft mədənlərinin blokadaya alınması Berlində sazişə nail olmağa kölgə salıb

Türkiyə Xarici işlər naziri Mevlut Çavuşoğlu bəyan edib ki, Şərqi Liviya hərbi komandiri Xəlifə Haftar Liviyadakı münaqişənin siyasi həlli ilə bağlı çağırışlara qulaq verməli və bölgədə sakitliyi təmin etməlidir.

“Reuters” xəbər verir ki, Haftar keçən həftə Moskvada atəşkəs üçün nəzərdə tutulan danışıqlardan imtina edib. Liviya neft mədənlərinin onun qüvvələri tərəfindən blokadaya alınması bazar günü Berlində sazişə nail olmağa kölgə salıb.

Onun Liviya Milli Ordusu (LNA) Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya muzdluları və Afrika qoşunlarının dəstəyi ilə paytaxt Tripolini ələ keçirməyə çalışır.

Türkiyə Haftarın əleyhdarı olan, Tripolidə yerləşib və beynəlxalq miqyasda tanınan Milli Razılıq Hökumətini (GNA) dəstəkləyir. GNA Fayez əl-Serraj tərəfindən idarə edilir. Ankara GNA-ya kömək etmək üçün ölkəyə hərbi məsləhətçilər və təlimçilər göndərib.

Çavuşoğlu çərşənbə axşamı deyib ki, Haftarın Berlində ortaq kommünike imzalamaqdan imtina etməsi onun niyyəti ilə bağlı suallar ortaya çıxarıb.

“Haftar siyasi və ya hərbi həll istəyirmi? İndiyə qədər onun tutduğu mövqe hərbi həll istədiyini göstərib”- o, Davosdakı Dünya İqtisadi Forumunda NTV telekanalına müsahibə verərkən deyib.

“Haftar dərhal siyasi həll xəttinə qayıtmalı və beynəlxalq ictimaiyyətin bölgədə sakitlik çağırışlarına uyğun olaraq konkret və müsbət addımlar atmalıdır”.

Liviyada 2011-ci ildə Müəmmar Qəddafinin NATO-dəstəkli üsyançılar tərəfindən devrilməsindən sonra sabit mərkəzi hakimiyyət olmayıb. Beş ildən çoxdur ki, ölkədə iki rəqib hökumət fəaliyyət göstərir. Küçələrə isə silahlı qruplar tərəfindən nəzarət edilir.

Ana səhifəDünyaTürkiyə Liviyanı siyasi həll yolunu tutmağa çağırır