Tofiq Zülfüqarov: Sanki sülhməramlıları bura dünya birliyi göndərib

“Azərbaycan tərəfi bu məsələdə iradə nümayiş etdirməlidir”.

Source: Facebook


İlqar Vəlizadə: “Azərbaycan tərəfi bu məsələdə iradə nümayiş etdirməlidir”

“Biz başa düşməliyik ki, Azərbaycan hökumətinin dəvətiylə gəlib. Əgər belədirsə, onların qarşısında hansısa vəzifələr qoymalı və bunları icra etmələrini tələb etməliyik”.

Bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sülhməramlıların Xankəndi məktəblilərindəki təlimlərini Meydan TV-yə şərh edərkən deyib.

O bildirib ki, sülhməramlılar Rusiya və qondarma “Artsax” separatçıların bayraqları altında məktəblərdə minalar əleyhinə təlimlər keçirirlər.

Zülfüqarov bunun yolverilməz olduğunu deyir.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sanki psixoloji sterotip mövcuddur ki, sanki sülhməramlıları bura beynəlxalq birlik göndərib:

“Elə təqdim edirlər ki, sanki Azərbaycan da hansısa qərarlarla razılaşdırmalıdır. Əslində, vəziyyət belə deyil. Azərbaycan dövləti həm sülhməramlıları, həm də müşahidəçiləri dəvət edib. O məqsədlə dəvət etmişik ki, onlar 10 noyabr üçtərəfli bəyanatda göstərilən məsələləri həyata keçirsinlər. Belə olanda rəsmi Bakı tələb etməlidir ki, onları fəaliyyəti məhz bu məsələlər həyata keçirmək üçün konkret çərçivədədir. Yəni bu məntiqi əsas götürərək daha ciddi şəkildə sülhməramlıların və müşahidəçilərin fəaliyyətinə nəzarət etməliyik”.

Tofig_Zulfugarov_cropped.png
Tofiq Zülfüqarov

Siyasi təhlilçi İlqar Vəlizadə hesab edir ki, separatçıların bayrağı ləğv olunmalıdır:

“Azərbaycan tərəfi bu məsələdə iradə nümayiş etdirməlidir. Sülhməramlıların bayrağının olması anlaşılandır, amma separatçıların hər hansı rəmzinə icazə verilməməlidir. Ona görə də Azərbaycan hökumət Rusiya ilə bu məsələlərdə qətiyyət göstərib o cür şeylərin yığışdırlmasını gündəmə gətirməlidir. Çünki Qarabağ Azərbaycan ərazisidir. Əgər qondarma qurum yoxdursa, həmin bayrağın orda dalğalanmasının heç bir əhəmiyyəti yoxdur”.

İlqar Vəlizadə həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu kontekstdə statusdan danışmasını belə qiymətləndirib:

“Güman ki, Matviyenko ya öz təşəbbüsüylə danışıb, yaxud hansısa siyasi dairənin marağını səsləndirir. Məncə, onun dedikləri Rusiya Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin mövqeyi deyil. Çünki Rusiyanın xarici siyasətini həmin qurumlar müəyyənləşdirir. İş orasındadır ki, söhbət Azərbaycan ərazisindən gedirsə, statusu müəyyən etmək təşəbbüsü Rusiyadan və Fransadan, ya da başqa ölkədən gəlməməlidir. Hər ölkə öz ərazisində inzibati quruluşu özü təyin edib müəyyənləşdirir. Azərbaycan Ermənistanın inzibati ərazisinə müdaxilə edirmi, yox. Onlar da bizə bu barədə göstəriş verə bilməz. Ümumiyyətlə, bundan sonra başqa dövlətlərin bu istiqamətdə fikirlərini çox eşidəcəyik, gələn ildən Bayden administrasiyasının da çıxışlarını eşidəcəyik. Onlar status haqda danışa bilərlər, amma bunun praktiki reallığı yoxdur”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Olayla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Leyla Abdullayeva ilə əlaqə saxladıq.

L.Abdullayeva sualları yazılı şəkildə göndərilməsini istədi, lakin suallar göndərilsə də, cavablandırmadı.

Ana səhifəSiyasətTofiq Zülfüqarov: Sanki sülhməramlıları bura dünya birliyi göndərib