Mənbə: Meydan TV

Təkadamlıq aksiya:"190 manatı ver"

Təkadamlıq aksiya:"190 manatı ver"

Vasif Əsədi iki gündür 1 saylı Bakı şəhər Məşğulluq Mərkəzinin qarşısında təkadamlıq aksiya keçirir. Pandemiya ilə əlaqəli hökumətin işsiz vətəndaşlar üçün ayırdığı 190 manat – yardımı ala bilmədiyinə görə etiraz edir.

Vasif Əsədi deyir ki, 190 manat xəbərini eşidər-eşitməz Yasamal rayon Məşğulluq Mərkəzinə üz tutub. Məşğulluq Mərkəzinin müdiri Məmməd Ələkbərov ona işsiz kimi qeydiyyatda olduğundan yardımı almaq üçün onlayn müraciətə ehtiyac olmadığını deyib. O, restoranlarda animator kimi çalışırdı. İki ay karantin dövründə iş yerləri bağlandığından gözünü 190 manata dikmişdi.

Gecəni Məşğulluq Xidmətinin qarşısındakı oturacaqda keçirib. Haqqını tələb etmək, səsini eşitdirmək üçün təkbaşına keçirdiyi aksiyanı davam etdirmək istəyir.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, vətəndaş Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatdadırsa, onlayn müraciət etmədən də yardım almağı iddia edə bilər.

Məsələ ilə bağlı Məşğulluq Mərkəzindən kameramıza açıqlama verən olmadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlayıb ki, Covid-19 epidemiyasıyla bağlı yaranan karantin rejiminə görə, aprel və may ayları üçün 600 min vətəndaşa 190 manat – birdəfəlik yardım ödənilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8t9gyt

Ən çox baxılan