Sovet kosmos pioneri Leonov vəfat edib

Leonov “Vosxod 2” kosmik gəmisindən çıxaraq tarix yazıb

Source: google


Leonov “Vosxod 2” kosmik gəmisindən çıxaraq tarix yazıb

Kosmosda ilk dəfə gəzən Rus kosmonavtı Aleksey Leonov uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat edib.

Yuri Qaqarin Kosmonavt Təlim Mərkəzinin media xidməti deyib ki, Rusiyanın 11-ci kosmonavtı oktyabrın 11-də Moskva xəstəxanasında vəfat edib.

Leonov 18 mart 1965-ci ildə ona aid “Vosxod 2" kosmik gəmisindən çıxaraq tarix yazıb. Belə ki, o, ilk dəfə kosmosda gəzib. Onun gəzintisi 12 dəqiqə çəkib.

“Mən sadəcə ürək döyüntülərimi və nəfəsimi eşidirdim, başqa heç nə“, – o sağlığında tarixi xidməti haqda danışarkən demişdi.

Qısa olaraq kosmosa ayaq basmaq Sovetlər Birliyi və ABŞ arasında mövcud olmuş kosmos yarışında əhəmiyyətli irəliləyiş idi və asan əldə edilmiş xidmət deyildi.

Kosmik gəmiyə bağlanmış Leonov ətrafda dönərək, ardından qısa fasilələrlə yenidən özünü gəmiyə çəkib.

Əziyyətsiz üzən kimi görünsə də, onun missiyası az qalırdı ki, faciə ilə nəticələnsin. Kosmosda atmosfer təzyiqinin olmaması səbəbindən onun kostyumu şişib və geriyə dönüşünü əngəlləyib.

O, təhlükəli addım ataraq klapanı açıb, kostyumundan oksigeni çıxarıb. Bu, onun yaşamını davam etdirməsi üçün lazım olan havadan imtina etməsiydi və çox riskli addım idi.

Addım işə yaradı, baxmayaraq ki, onun bu addımı təzyiqdə kəskin dəyişiklik yaratmışdı, o, gəmiyə qayıda bilmişdi.

Leonov həmçinin aya ilk eniş edəcək sovet adamı olaraq seçilmişdi. Lakin missiya həyata keçirilmədiyi üçün, o, bu şansı əldə edə bilməmişdi.

Lakin o, ABŞ ilə ilk birgə kosmos missiyası olan Soyuz-Apollo missiyasının Sovet hissəsinə rəhbərlik etmişdi.

“Kosmik tədqiqatın qəhrəmanlıq dövrünün böyük və bəyənilən simvoluydu”,- Oksford Universitetinin Dunn Patologiya Məktəbinin ziyarətçi professor Rocer Hayfild (Roger Highfield) deyib. Rocer Leonovdan müsahibə almış yazar olub.

Leonov həmçinin Sovet post markalarında işləri istifadə edilmiş müəllif və rəssam olub. Sovet Hava Qüvvələrində əsas general olan Leonov 1992-ci ildə xidmətindən istefa edib.Leonov “Vosxod 2” kosmik gəmisindən çıxaraq tarix yazıb

Kosmosda ilk dəfə gəzən Rus kosmonavtı Aleksey Leonov uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat edib.

Yuri Qaqarin Kosmonavt Təlim Mərkəzinin media xidməti deyib ki, Rusiyanın 11-ci kosmonavtı oktyabrın 11-də Moskva xəstəxanasında vəfat edib.

Leonov 18 mart 1965-ci ildə ona aid “Vosxod 2" kosmik gəmisindən çıxaraq tarix yazıb. Belə ki, o, ilk dəfə kosmosda gəzib. Onun gəzintisi 12 dəqiqə çəkib.

“Mən sadəcə ürək döyüntülərimi və nəfəsimi eşidirdim, başqa heç nə“, – o sağlığında tarixi xidməti haqda danışarkən demişdi.

Qısa olaraq kosmosa ayaq basmaq Sovetlər Birliyi və ABŞ arasında mövcud olmuş kosmos yarışında əhəmiyyətli irəliləyiş idi və asan əldə edilmiş xidmət deyildi.

Kosmik gəmiyə bağlanmış Leonov ətrafda dönərək, ardından qısa fasilələrlə yenidən özünü gəmiyə çəkib.

Əziyyətsiz üzən kimi görünsə də, onun missiyası az qalırdı ki, faciə ilə nəticələnsin. Kosmosda atmosfer təzyiqinin olmaması səbəbindən onun kostyumu şişib və geriyə dönüşünü əngəlləyib.

O, təhlükəli addım ataraq klapanı açıb, kostyumundan oksigeni çıxarıb. Bu, onun yaşamını davam etdirməsi üçün lazım olan havadan imtina etməsiydi və çox riskli addım idi.

Addım işə yaradı, baxmayaraq ki, onun bu addımı təzyiqdə kəskin dəyişiklik yaratmışdı, o, gəmiyə qayıda bilmişdi.

Leonov həmçinin aya ilk eniş edəcək sovet adamı olaraq seçilmişdi. Lakin missiya həyata keçirilmədiyi üçün, o, bu şansı əldə edə bilməmişdi.

Lakin o, ABŞ ilə ilk birgə kosmos missiyası olan Soyuz-Apollo missiyasının Sovet hissəsinə rəhbərlik etmişdi.

“Kosmik tədqiqatın qəhrəmanlıq dövrünün böyük və bəyənilən simvoluydu”,- Oksford Universitetinin Dunn Patologiya Məktəbinin ziyarətçi professor Rocer Hayfild (Roger Highfield) deyib. Rocer Leonovdan müsahibə almış yazar olub.

Leonov həmçinin Sovet post markalarında işləri istifadə edilmiş müəllif və rəssam olub. Sovet Hava Qüvvələrində əsas general olan Leonov 1992-ci ildə xidmətindən istefa edib.

Ana səhifəDünyaSovet kosmos pioneri Leonov vəfat edib