“Sərhədsiz Reportyorlar” Yerevana çağırış edib

Həmin vaxt çəkiliş qrupunun sürücüsü yaralanmışdı.

Foto: “Sərhədsiz Reportyorlar”


Təşkilat jurnalistin yaralanması hadisəsini araşdırmağı tələb edib

"Sərhədsiz Reportyorlar" Təşkilatı Azərbaycan dövlət televiziyasının (AZTV) reportyoru Anar Həsənov yaralanmasıyla bağlı rəsmi Yerevana çağırış edib.

Təşkilat Ermənistanı bu hücumu araşdırmağa çağırıb.

"Hər iki tərəf beynəlxalq humanitar hüquqa riayət etməlidir", – deyə beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının “Tvitter” hesabındakı məlumatda bildirilir.

Anar Həsənov oktyabrın 19-da Ağdam rayonuna açılan artilleriya atəşi nəticəsində yaralanıb.

"Sərhədsiz Reportyorlar" oktyabrın 14-də də Ermənistan tərəfi Tərtər rayonunda AZTV-nin çəkiliş qrupuna atəş açılması faktını araşdırmağa çağırmışdı.

Həmin vaxt çəkiliş qrupunun sürücüsü yaralanmışdı.

Ana səhifəSiyasət“Sərhədsiz Reportyorlar” Yerevana çağırış edib