"Sərhədsiz Reportyorlar"

Mənbə: arxiv

Başlıq: "Sərhədsiz Reportyorlar"

"Sərhədsiz Reportyorlar" Yerevana çağırış edib

Təşkilat jurnalistin yaralanması hadisəsini araşdırmağı tələb edib

"Sərhədsiz Reportyorlar" Təşkilatı Azərbaycan dövlət televiziyasının (AZTV) reportyoru Anar Həsənov yaralanmasıyla bağlı rəsmi Yerevana çağırış edib.

Təşkilat Ermənistanı bu hücumu araşdırmağa çağırıb.

"Hər iki tərəf beynəlxalq humanitar hüquqa riayət etməlidir", - deyə beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının “Tvitter” hesabındakı məlumatda bildirilir.

Anar Həsənov oktyabrın 19-da Ağdam rayonuna açılan artilleriya atəşi nəticəsində yaralanıb.

"Sərhədsiz Reportyorlar" oktyabrın 14-də də Ermənistan tərəfi Tərtər rayonunda AZTV-nin çəkiliş qrupuna atəş açılması faktını araşdırmağa çağırmışdı.

Həmin vaxt çəkiliş qrupunun sürücüsü yaralanmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nrrtyu

Ən çox baxılan