Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Mənbə: Meydan.TV

Başlıq: Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

Səməd Seyidov: "İnsan haqları problemi heç vaxt axıra kimi həll oluna bilməz"

Səməd Seyidov: "İnsan haqları problemi heç vaxt axıra kimi həll oluna bilməz"

Bakıda səfərdə olan AŞPA prezidenti Lilian Mori Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyinə həsr edilmiş konfransda iştirak edib. AŞPA prezidenti çıxışında deyib ki, Avropa Şurasının iştirakçısı olan dövlətlər öz öhdəliklərinə əməl etməli, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməlidirlər.

Konfransda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov beynəlxalq təşkilatların siyasi məhbus hesab etdikləri şəxslərlə bağlı sualı belə cavablayıb.

“İnsan haqları problemi daima gündəmdədir. Sizin sözünüzə düzəliş edim, insan haqları problemi heç vaxt axıra kimi həll oluna bilməz. Ona görə ki, insan varsa orada problem də ola bilər. Ancaq insan haqları probleminə diqqət yetirmək, onları vaxtı-vaxtında həll etmək, düzgün, ədalətli həll etmək - bax bizim işimiz budur. Bugünkü müzakirələr də göstərdi ki, heç kim mükəmməl deyil. Bu istiqamətdə problemlər mövcuddur”, - Səməd Seyidov belə deyir.

Konfransda həmçinin vətəndaş cəmiyyəti fəalları, dövlət rəsmiləri də iştirak edib. Ombudsman Elmira Süleymanova Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü insan haqları və digər sahələrdəki öhdəliklərini hökumətin yerinə yetirdiyini söyləyib. AŞPA prezidentinin Bakıda iki gün ərzində Azərbaycanın bir sıra rəsmi şəxslərilə görüşlər keçirməsi nəzərdə tutulur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dc8yhm

Ən çox baxılan