“Səfərbərliyə cəlb olunanlara 360 manat verilir, bu məbləğ dəfələrlə artırılmalıdır”

“Vətən müharibəsindən sonra insanlara yeni gözlə baxılmalıdır”

Foto: Milli Məclis


Deputatlar büdcə müzakirəsində təkliflərlə çıxış ediblər

“Şəhid ailələri və qazilərin sosial təminatı Prezident İlham Əliyevin diqqətindədir, yaxın günlərdə də bu istiqamətdə müvafiq addımların atılması gözlənilir”:

Parlamentdə dekabrın 25-də keçirilən iclasında büdcə zərfinin müzakirələrində çıxış edən deputat Azay Quliyev belə deyib:

O bildirib ki, səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərə hər ay birdəfəlik 360 manat verilir:

“Bu vəsaitin dəfələrlə artırılmasına ehtiyac var. Keçmiş iş yerlərində maaşları saxlanılanlar istisna olmaqla, işləməyən hərbi qulluqçuların müavinətlərinə yenidən baxmalıyıq. Digər tərəfdən, gizirlərə 128 manat ərzaq təminatı ilə bağlı vəsait ödənilməlidir. Ancaq Nazirlər Kabinetinin son qərarı nəzərə alınmaqla, artımlarla bu vəsait ödənilmir. Bu məsələyə də Maliyyə Nazirliyi aydınlıq gətirməlidir”.

A.Quliyev Qazi və Veteranlar Federasiyasının yaradılmasını da təklif edib.

azay_guliyev_190515_02.jpg
Azay Quliyev


Səttar Mehbalıyev: “Hər şeyi dövlətdən gözləmək düzgün deyil”

Deputat Səttar Mehbalıyev isə bildirib ki, büdcədə hərbçilərin kirayə qalması üçün vəsait ayrılıb:

Həmin vəsaitlə hərbçilərin yaşaması üçün müvəqqəti evlər tikilə bilər.

Deputat qeyd edib ki, işğal alğındakı rayonların bərpası üçün gələn ilin büdcədə 2,2 milyard manat ayrılması nəzərdə tutulsa da, hər şeyi dövlətdən gözləmək düzgün deyil:

“Azərbaycanda iri, transmilli şirkətlər fəaliyyət göstərir, onlar da quruculuq prosesinə töhfə verməlidir”.


“Vətən müharibəsindən sonra insanlara yeni gözlə baxılmalıdır”

Deputat Sabir Rüstəmxanlı təklif edib ki, Qarabağın Baş Planı hazırlanmalı, torpaqlar minadan təmizlənməli, məcburi köçkünlər geri dönməlidir:

159947_5f9n3c16st.jpg
Sabir Rüstəmxanlı

“Vətən müharibəsindən sonra insanlara yeni gözlə baxılmalıdır. Yüksək insani münasibətlər, ədalət mühiti hökm sürməlidir. Bu məsələdə məsuliyyət hökumət üzvlərinin üzərinə düşür. Buna görə də şəhid ailələrinə, qazilərə dövlətin qayğısının xırda məmurlar tərəfindən kölgələnməsinə qətiyyən yol vermək olmaz”.

Komitə sədri Siyavuş Novruzov isə internet portallarına vəsait ayrılmasını və siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.

Ana səhifəSiyasət“Səfərbərliyə cəlb olunanlara 360 manat verilir, bu məbləğ dəfələrlə artırılmalıdır”