Şamaxının susuz qəsəbəsi

Şamaxının susuz qəsəbəsi

Qadınlar qəsəbələrinə suyun gəlişin gözləyirlər. Şamaxının Şəhriyar qəsəbəsində gündə iki dəfə yarım saat müddətinə su verilir. İki mindən çox əhalisi olan qəsəbədə heç kimin evinə su gəlmir.

Bu qəsəbənin təkcə su, kanalizasiya problemi yoxdur, həm də yol dərdi var. Deyirlər, sürüclər qəsəbənin adını eşidəndə gəlmək istəmirlər. Kələ-kötür yollar onlara əlavə xərcə salır. Maşının detallarını dəyişməli olurlar.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, rayonun Şəhriyar və Sahil qəsəbələrində ya gələn il, ya da o biri il su xətti çəkiləcək.

Yay-qış demədən küçədən su daşıyan qadınlar evlərinə su gəlsə, dinclik tapacaqlarını deyirlər.

Ana səhifəVideoŞamaxının susuz qəsəbəsi