Mənbə: google

Şahzadə Harri daha dinc həyat üçün kraliyyət roluna son qoyur

Məqalə yeniləndi:  20 Yanvar 2020

Şahzadə və həyat yoldaşı bundan sonra kraliyyət tədbirlərində iştirak etməyəcəklər

İngiltərə şahzadəsi Harri (Harry) Kraliça Elizabeth və Vindsorlar (senior Windsors) ilə sövdələşmədə kral vəzifələrindən imtina etmək məcburiyyətində qaldığından bəhs edib. “Reuters” xəbər verir ki, Harri həyat yoldaşı Meghanla özünün azad həyatlarının olması üçün başqa seçimlərinin olmadığını dilə gətirib.

Bukinqam (Buckingham) Sarayı və kraliça şənbə günü elan edib ki, artıq bundan sonra Harri və Meghan Britaniya monarxiyasının üzvləri olmayacaqlar və özlərinin kraliyyət ailəsi (“Royal Highness”) titulundan istifadə etməyəcəklər, həyatlarına öz yolları ilə davam edəcəklər. “Onlar bununla mütərəqqi yeni rollarına sahib olacaqlar”, - saray bəyan edib.

Yeni tənzimləmə cütlüyün bu ayın əvvəlində rəsmi görüşləri azaldaraq Kanada və ABŞ-da daha çox vaxt keçirmək istədiklərini elan etdikdən sonra ortaya çıxmış böhrana son qoymaq üçün atılmış addım olaraq görülür.

Bazar günü Sentebale xeyriyyəçiliyində çıxışı zamanı Harri açıq şəkildə üzüldüyünü bildirib. O qeyd edib ki, son nəticədə onun və amerikalı həyat yoldaşı Meghanın istədiyi olmayıb.

“Bizim istədiyimiz kraliça, Birlik dövlətlərinə və hərbi birliklərə dövlət maliyyəsi olmadan xidmət etməyə davam etmək idi. Təəssüf ki, bu, mümkün olmadı“,- taxtdan altıncı sırada olan şahzadə deyib:

“Mən qəbul edirəm ki, bu, mənim kim olduğumu və kimliyimə nə qədər sadiq olduğumu dəyişmir. Ancaq ümid edirəm, başa düşürsünüz ki, daha dinc bir həyat qura bilməyim üçün irəliyə doğru bir addım atmalıyam, bunun üçün bildiyim hər şeydən geri çəkilməliyəm”.

Razılaşmaya əsasən, Harri şahzadə olaraq qalacaq. Cütlük vaxtlarının çox hissəsini keçirəcəkləri Şimali Amerika və İngiltərə arasında yeni bir həyata başlasalar da, Suseksin Düş ve Düşesi (Duke and Duchess) adlarını qoruyacaqlar. Ancaq gələcəkdə hər hansı bir kraliyyət tədbirində və ya səyahətlərində iştirak etməyəcəklər.

Royal şərhçiləri bunun açıq “imtina” olduğunu qeyd ediblər. Kraliyyət ailəsi, xüsusilə kraliça tamamilə qırılmanı bəlli etmək üçün qətiyyətli qərar qəbul edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o06ulp

Ən çox baxılan