Şahin Mustafayev

Mənbə: Meydan TV

Başlıq: Şahin Mustafayev

Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edilib

Keçmiş nazir Baş nazirin müavini təyin edilib

Prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər bir sərəncamına əsasən, Şahin Mustafayev Baş nazirin müavini vəzifəsinə təyin edilib.

Oktyabrın 21-də Baş nazirin iki müavini Əli Həsənov və Hacıbala Abutalıbov öz xahişləri ilə tutduqları vəzifələrdən azad ediliblər.

Şahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

O, 2008-2013-cü illərdə İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışıb.

15 yanvar 2016-cı ildə İqtisadiyyat naziri təyin edilib.

Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir. Ailəlidir, 3 övladı var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2jhpr3

Ən çox baxılan