Rusiya təyyarələri Suriyanın şimalında atəşkəsi pozub

Şahidlərin dediyinə görə, hava hücumlarının yenidən genişlənməsindən qorxan yüzlərlə mülki vətəndaş ərazidən qaçıb.

Source:


Hava hücumlarının yenidən genişlənməsindən qorxan yüzlərlə mülki vətəndaş ərazidən qaçıb

Rusiya hərbi təyyarələri bazar ertəsi günü Suriyanın şimal-qərbində bir neçə kəndi atəşə tutublar. “Reuters” xəbər verir ki, bununla üç ay əvvəl imzalanmış döyüşlərin dayandırlmasıyla bağlı Türkiyə-Rusiya müqaviləsi sonlandırılıb.

Zərbələr İdlib əyalətinin cənub hissəsindəki Cabal əl-Zəviyyə bölgəsindəki kəndlərə və Həma əyalətinin qərbindəki Sahel əl-Ghab düzənliyindəki iki şəhərə dəyib.

Şahidlərin dediyinə görə, hava hücumlarının yenidən genişlənməsindən qorxan yüzlərlə mülki vətəndaş ərazidən qaçıb.

Mart ayında Suriya prezidenti Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya ilə müxalif döyüşçüləri dəstəkləyən Türkiyə arasında müqavilə imzalanmışdı. Bununla üç ayda bir milyondan çox insanın köçməsinə səbəb olmuş döyüşlər dayandırılmışdı.

Atəşkəs Türkiyənin İdlibdə həyata keçirdiyi hərbi əməliyyatdan sonra baş vermişdi. Hərbi əməliyyat zamanı 36 Türkiyə əsgəri öldürülmüşdü.

Sivil müdafiə qrupları deyib ki, iki mülki vətəndaş hücum zamanı yaralanıb. Əsas müxalif mənbələr deyib ki, onlar hədəfin militant qüvvələrin olduğuna şübhə ilə yanaşırlar. Döyüşlərin baş verdiyi ərazilərdə Ankaranın hərbi qüvvələri mövcuddur.

Suriya ordusu dövlət mediasına xəbər verib ki, onlar militanların hücumlarına məruz qalıb. Onlar hava hücumları haqda məlumat verməyiblər.

Ana səhifəDünyaRusiya təyyarələri Suriyanın şimalında atəşkəsi pozub