Ramil Usubovun qudası da işdən çıxarıldı

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirir ki, səbəb prokurorluqda qulluqda olmanın yaş həddinə çatmalarıdır

Source:


5 prokuror işini itirib

Bir neçə rayonun prokuroru işdən çıxarılıb.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov, Ağstafa rayon prokuroru Aslan Surxayev tutduqları vəzifədən azad ediliblər.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirir ki, səbəb prokurorluqda qulluqda olmanın yaş həddinə çatmalarıdır:

“Onu da bildirim ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib”.

2007-ci ildən Xətai rayon prokuroru olan Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. Bugünlərdə lisenziyası ləğv edilən “AmrahBank"ın onun qardaşı Yunis İldırımzadəyə məxsus olduğu bildirilir.

İşdən çıxarılan digər prokurorların da vəzifəli şəxslərlə qohumluq əlaqələri var. Belə ki, Salman Məmmədli Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğlu, Elxan Pənahov isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır.

Ana səhifəSiyasətRamil Usubovun qudası da işdən çıxarıldı