Kəmalə İsmayılova karate üzrə qara kəmər ustası və dünya üçüncüsüdür. 16 il karate idman növü üzrə çalışıb. Hazırda fitnes məşqçisi kimi işləyir.
O deyir ki, gələcəkdə məişət zorakılığına məruz qalan qadınlar üçün zal, dərnək açmaq istəyir ki, özlərin müdafiə edə bilsinlər, həm də onlar üçün sığınacaq açmağı düşünür.