Pekin yeni koronavirus dalğasına qarşı müharibə tədbirləri alıb

Pekin hökuməti bazara getmiş insanlara və onların yaxınlarına iki həftə evdə qalmağı və sağlıq yoxlanışından keçməyi məsləhət görüb. Bu ərazidə ibtidai məktəblərdə dərslər dayandırılıb.

Source: Foto: https://www.hurriyet.com.tr/


Fengtai məhəlləsində komendant mərkəzləri yaradılıb

Pekin paytaxtın ən böyük topdansatış ərzaq bazarında ortaya çıxan yeni koronavirus yoluxmalarından sonra ölümcül xəstəliyin yenidən canlanma ehtimalı qorxusu ilə təcrid tədbirlərini təkrarlamaq məcburiyyətində qalıb, – CNN xəbər verir.

Çin paytaxtı bazar ertəsi günü 36 yeni COVİD-19 hadisəsi qeydə aldığını bildirib. Bununla yeni yoluxma sayı 79-a çatıb. Son iki aydan sonra ilk yeni yoluxma halı 12 iyun tarixində qeydə alınıb, Çin Milli Sağlıq Komissiyası bildirib.

Yeni yoluxma halları şəhərin cənub-qərbindəki, paytaxtın təzə meyvə və tərəvəz tələbatının çoxunu təmin edən “Xinfadi” bazarı ilə əlaqələndirilir. Ət və dəniz məhsulları satan bazar şənbə günündən etibarən bağlanıb.

İnfeksiya artıq Liaoning və Hebei əyalətlərinə yayılıb, burada Pekindəki xəstələrə yaxın olan şəxslərdə beş yeni yoluxma hadisəsi qeydə alınıb.

Yeni dalğa Çində şok effekt yaradıb, – CNN bildirir.

Pekin bələdiyyə sözcüsü Xu Hejian bazar günü keçirdiyi mətbuat konfransı zamanı hadisəni “fövqəladə dönəm” adlandırıb.

Çin dövlət mediasında Qərb hökumətlərinin, xüsusən ABŞ-ın uğursuzluqları ilə müqayisədə Çinin virusun qarşısını almaq üçün atdığı addımları dəfələrlə vurğuladığı deyilir.

Baş nazirin müavini Sun Chunlan yeni virusun yayılma təhlükəsinin “çox yüksək" olduğunu deyib, – dövlət xəbər agentliyi “Xinhua” yazıb.

Pekin birinci dalğa zamanı ölkənin ən təhlükəsiz şəhəri hesab edilirdi. Bundan öncəki təcrid tədbirləri ölkədə sosial və iqtisadi durğunluğa səbəb olmuşdu.

“Xinfadi” marketinin yerləşdiyi Fengtai məhəlləsində şənbə günündən etibarən müharibə tədbirləri həyata keçirilməyə başlanıb, komendant mərkəzləri yaradılıb. Sosial mediada maskalı hərbçi polis qüvvələrinin marketə yaxın ərazilərdə patrul etdiyi görünür.

Hökumət ölkənin infeksiyanın çıxdığı bazara yaxın olan 11 məhəlləsində ciddi təcrid tədbirləri həyata keçirib. Əraziyə giriş-çıxış təxirə salınıb. Əhalinin gündəlik qaydada temperaturunun qeydə alındığı və bölgədə yaşayanlara ərzaq tədarükü edildiyi bildirilir.

Bazar günü 76,000 nəfərin test edildiyi qeyd edilir. Onlardan 59 nəfəri pozitiv olub. Yeni test üsulu ilə sadəcə bədənin immun sistemi deyil, eyni zamanda virusun genetik kodu da müəyyən edilir.

Pekin hökuməti bazara getmiş insanlara və onların yaxınlarına iki həftə evdə qalmağı və sağlıq yoxlanışından keçməyi məsləhət görüb. Bu ərazidə ibtidai məktəblərdə dərslər dayandırılıb.

Bir sıra yerli rəsmilər, o cümlədən Fengai məhəlləsinin rəhbəri yeni virus dalğasından sonra vəzifəsindən azad edilib.

Ana səhifəDünyaPekin yeni koronavirus dalğasına qarşı müharibə tədbirləri alıb