Paşinyan Serj Sarkisyana: Bəlkə cavab versinlər, “İskəndər” raketi niyə partlamadı?

Baş nazir Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın niyə “İskəndər” raketinin müharibənin 3-4-cü günündə atılmadığına təəccübləndiyi açıqlamasına toxunub

Source: Иллюстрация Мейдан ТВ

Baş nazir Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın niyə “İskəndər” raketinin müharibənin 3-4-cü günündə atılmadığına təəccübləndiyi açıqlamasına toxunub.

Serj Sarkisyan müsahibəsində demişdi: "Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub".

Sarkisyan bunun səhv addım olduğunu vurğulayıb: "“İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”.

“Armenpress”-in verdiyi xəbərə görə, jurnalist Nver Mnatsakanyan Baş nazirdən “sizcə, bu eyham sizə vurulur?”, – deyə xəbər alıb. Paşinyan isə belə cavab verib: “Bu eyham mənə ünvanlana bilər, amma düşünürəm ki, rədd edilmiş bir adam bir çox sualın cavabını bilməlidir və cavablarını bildiyi suallar verməməlidir. Bəlkə onlar cavab versinlər ki, niyə atılan “İskəndər” [raket] partlamayıb, ya da 10 faiz partlayıb?” Nver Mnatsakanyanın “belə olurmu” – sualına isə Baş nazir "Bilmirəm" – deyə cavab verib. Jurnalist qeyd edib: "Bu maraqlı xəbərdir”

Ana səhifəSiyasətPaşinyan Serj Sarkisyana: Bəlkə cavab versinlər, “İskəndər” raketi niyə partlamadı?