“Palmali Holding”

Mənbə: Foto: google.az

Başlıq: “Palmali Holding”

“”Palmali” haqda xəbər şirkətin nüfuzuna zərbə vurmaq məqsədi daşıyır”

Məqalə yeniləndi:  31 May 2020

Şirkət rəhbərliyi deyir ki, xəbər yayan saytlar onlardan münasibət öyrənməyib

““Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır”.

“Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva belə deyib. O əlavə edib ki, belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini öyrənməyə cəhd etməyiblər. Bu, onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir:

“Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq”.

Hökümətyönümlü yerli media xarici mətbuata istinadən “Palmali Holding Company Limited” müflis olması ilə bağlı xəbər yayıb.

Həmin xəbərdə deyilir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Məlumatda o da bildirilir ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda, məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

“Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub”, - xəbərdə bildirilir.

Mübariz Mənsimov bu il martın 15-də İstanbulda saxlanıb. Türkiyə mediasında yazılanlara görə, o, İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində axtarış aparıldığı da bildirilib. “Hürriyet” qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib. “Palmali” Şirkətlər Qrupu M.Mənsimovun günahsız olduğunu bildirən açıqlama yayıb.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yüzlərcə insan həlak olub. Daha sonra on minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan Fətullah Gülən hazırlayıb. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamı qəbul etmir.

M.Mənsimov 1968-ci ildə Bakıda doğulub. Burada hərbi məktəb bitirib. O, “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi olduğu deyilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  31 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3arvct

Ən çox baxılan