Pakistanda təyyarə qəzaya uğrayıb

Sosial mediada yayılan foto və videoda Karaçinin Cinnah Beynəlxalq Hava Limanına yaxın yerləşən yaşayış məhəlləsində qara tüstünün qalxdığı görünür.

Source: Foto: kanal Mash


Sərnişinlər haqda məlumat verilmir

Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus və göyərtəsində 99 nəfər sərnişinin olduğu bildirilən təyyarə ölkənin liman şəhəri olan Karaçidə yaşayış sahəsi yaxınlığında qəzaya uğrayıb, RFE/RL xəbər verir.

Pakistan aviasiya rəsmiləri qəzanı təsdiqləsələr də, mayın 22-də baş vermiş qəzada sərnişinlərin və ya ekipajın taleyi ilə bağlı dərhal heç bir məlumat verməyiblər.

Mülki Aviasiya Təşkilatından verilən açıqlamada qəzada Lahordan Karaçiyə uçan PIA məxsus Airbus A320 təyyarəsinin olduğu bildirilir.

Sosial mediada yayılan foto və videoda Karaçinin Cinnah Beynəlxalq Hava Limanına yaxın yerləşən yaşayış məhəlləsində qara tüstünün qalxdığı görünür.

Şahidlər təyyarənin enişdən əvvəl iki və ya üç dəfə enməyə cəhd etdiyini deyir.

“Reuters” xəbər agentliyi aviaşirkətin nümayəndəsinə istinadən göyərtədə 107 sərnişinin olduğunu deyir.

Ana səhifəDünyaPakistanda təyyarə qəzaya uğrayıb