Oqtay Gülalıyev

Mənbə: Meydan TV

Başlıq: Oqtay Gülalıyev

Oqtay Gülalıyev Türkiyəyə aparılır (yenilənib)

Məqalə yeniləndi:  5 Noyabr 2019

***

17.25. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün hazırlıqlar görülür. Məlumatı O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Meydan TV-yə verib.

Firuzə Gülalıyevanın sözlərinə görə, Türkiyədən gələn mütəxəssislər Oqtay Gülalıyevi müayinə ediblər və vəziyyətinin çox ağır, kritik olduğunu söyləyiblər:

"Dedilər ki, müalicəsini Türkiyədə davam etdirə bilərik, amma sağalmasına da tam zəmanət yoxdur".

***

Hüquq müdafiəçisinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bunu “Turan” İnformasiya Agentliyinə noyabrın 5-də hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.

Firuzə Gülalıyeva Heydər Əliyev Fondundan bu gün onunla əlaqə saxladıqlarını bildirib:

“Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, - o deyib.

Fonddan Firuzə Gülalıyevaya bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Onlar bu gün Bakıya gələcəklər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da yolu keçərkən, piyada zolağının üstündə avtomobil tərəfindən vurulub.

O, ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da hüquq müdafiəçisi başında olan gematomanın çıxarılması üçün ağır əməliyyat olunub. Hazırda Oqtay Gülalıyev komadadır. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməli olacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  5 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w0jnml

Ən çox baxılan