Səbuhi Məmmədov

Mənbə: Foto: google.az

Başlıq: Səbuhi Məmmədov

Naxçıvana yeni Baş nazir təyin olunub

Səbuhi Məmmədov Əlövsət Baxşıyevi əvəzləyəcək

Mayın 23-də Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Bu barədə muxtar respublikanın Ali Məclis sədri Vasif Talıbov qərar imzalayıb.

Səbuhi Məmmədov bu günə qədər Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

Mayın 14-də Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

Ə.Baxşıyev 20 il Baş nazir vəzifəsində çalışıb.

Səbuhi Məmmədov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib.

Səbuhi Məmmədov 1991-ci ildə Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

O, 2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

Səbuhi Məmmədov 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilib.

Səbuhi Məmmədov 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gjr66e

Ən çox baxılan