Aleksey Navalnı

Mənbə: İnstagram

Başlıq: Aleksey Navalnı

Navalnını zəhərləyən “Noviçok” otel otağındakı su şüşəsində tapılıb

Yola düşməzdən əvvəl Navalnının komandası oteldəki əşyaları götürüb

Rus müxalifət lideri Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan sinir maddəsi Sibirin Tomsk şəhərindəki otel otağında olan boş su şüşəsi üzərindən tapılıb.

“Reuters” xəbər verir ki, zəhərlənmə ilk düşünüldüyü kimi hava limanında deyil, oteldə baş verib.

Keçən ay Rusiyada təyyarədə Navalnı ağır şəkildə xəstələnib və müalicə üçün sonradan təyyarə ilə Berlinə gətirilib. Almaniya, Fransa və İsveçdəki laboratoriyalar onun Sovet ordusu tərəfindən istifadə etdirilmiş “Noviçok” adlı sinir maddəsi ilə zəhərləndiyini təsbit ediblər.

Rusiya bunu inkar edir və heç bir dəlil görmədiyini deyir. Hadisə ilə bağlı ölkədə cinayət işi açılmayıb.

Navalnının “Instagram” hesabında yayımlanan videoda onun komandasının üzvlərinin siyasətçinin şübhəli şəkildə vəziyyətinin pisləşdiyini öyrəndikdən bir saat əvvəl tərk etdiyi Tomskdakı “Xander Otel”də axtarış apardıqları əks olunub.

“Hətta fərziyyə baxımından faydalı ola biləcək hər şeyi toplayıb Almaniyadakı həkimlərə verməyə qərar verildi. İşin Rusiyada araşdırılmayacağı faktı olduqca açıq idi”,- komanda qeyd edib.

Otel otağının videogörüntüsündə iki su şüşəsi stolun üstündə, digəri isə komod masasının üstündədir. Qoruyucu əlcək geyinmiş Navalny komandasının üzvlərinin əşyaları mavi plastik torbalara qoyduqları görünür.

“İki həftə sonra Almaniya laboratoriyası Tomsk otel otağından çıxan su şüşəsində “Noviçok”un izlərini tapıb”, - “Instagram” postunda qeyd edilib.

“Bundan sonra Alekseydən analizlər götürən digər laboratoriyalar da bunun Navalnını zəhərlədiyini təsdiqləyib. İndi başa düşürük, hava limanına yola düşərkən otel otağından çıxmazdan əvvəl bunu ediblər”.

Bundan əvvəl Navalnının köməkçiləri Tomsk hava limanında içdiyi bir fincan çaydan zəhərləndiyindən şübhələndiklərini bildirmişdilər.

Keçmiş Enerji nazirinin müavini və Navalnının müttəfiqi Vladimir Milov komandasının FSB təhlükəsizlik polisini fərqli düşüncələrlə çaşbaş qoyduğunu bildirib:

“Dəlilləri burunlarının altından götürüb ölkədən çıxarıblar”.

Navalnının müttəfiqi Georgi Alburov “Reuters”-ə deyib ki, otel otağından götürülmüş şüşələri 22 avqustda onun göndərildyi təyyarədə Almaniyaya göndəriliblər.

Navalnı Prezident Vladimir Putinin ən tanınmış siyasi rəqibidir. Onun partiya qurmasına icazə verilməyib. Bununla yanaşı, siyasətçinin “YouTube” və “Instagram”da yayımlanan korrupsiya ilə bağlı araşdırmaları Rusiyada milyonların diqqətinə çatıb.

Almaniya, Fransa, İngiltərə və digər dövlətlər Rusiyadan baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı izahat tələb edir. Moskvaya qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırışlar olub.

“Noviçok” 2018-ci ildə İngiltərənin Salisburi (Salisbury) şəhərində keçmiş rus agenti Sergey Skripal və qızını zəhərləmək üçün istifadə edilib. Onlar sağ qalsalar da, ictimai fiqur Don Störgis (Dawn Sturgess) maddə ilə çirklənmiş şüşəni götürərək ölüb. Moskva bu hücumu həyata keçirdiyini inkar edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qndg1t

Ən çox baxılan