Mənbə: Facebook

Müxalifət nümayəndələri avtoritarizmə qarşı birləşdilər

Müxalifət ölkədəki vəziyyəti müzakirə etmək üçün bir araya gəldi

Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə keçirilən Dəyirmi Masa işini tamamlayıb. İştirakçılar toplantının yekunu olaraq memorandum qəbul ediblər.

Məlumatı Meydan TV-yə Müsavat Partiyasının başqanı Arif Hacılı verib.

O bildirib ki, tərəflər avtoritarizmə qarşı mübarizədə funksional əməkdaşlıq barədə razılığa gəlib:

“Tərəfdarlarımıza müraciət etdik ki, qarşılıqlı ittihamlarla yox, avtoritarizmə qarşı mübarizədə mövqelərini möhkəmləndirsinlər. Eyni zamanda, həm müxalifət, həm iqtidar tərəfdarlarına müraciət olundu ki, siyasi mübarizədə mənəvi əxlaq qaydalarına əməl olunsun. Hakimiyyətdən tələb olundu ki, Konstitusiyaya, qanunlara əməl edib korrupsiyaya son qoysun. Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunun yaradılması ilə əlaqədar xalqın səsini dinləsin. Bundan başqa, demokratiya və insan haqlarının pozulmasına etiraz olaraq bəyanat qəbul etdik. Bildirdik ki, sərbəst toplaşmaq azadlığı tapdanır. 19 oktyabrda keçirilən mitinqində həbs olunanlara haqsız cəzaların verilməsi dayandırılsın, işgəncələrin verilməsi pislənilsin və qanunsuzluğa yol verənlər cəzalandırılsın. Üçüncü sənəd isə seçkiöncəsi demokratik şəraitin yaradılması və seçki islahatları mövzusundadır. Biz proporsional seçki sisteminin bərpa olunması üçün referendumun keçirilməsini və seçki komissiyalarının etimadlı nümayəndələrdən təşkilini tələb edirik. Yəni 2005-ci ilin qaydaları əsasında seçki keçirilsin”.

Arif Hacılının sözlərinə görə, görüşlər davam edəcək və bu məsələlər bundan sonra da müzakirə olunacaq. Konkret əməkdaşlığın davam etməsi də detallaşdırılacaq.

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimlinin, sabiq səhiyyə naziri Əli İnsanovun, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin, Xalq Partiyasının sədri Pənah Hüseynin, siyai icmalçı Hikmət Hacızadənin və “Turan” İA-nin direktoru Mehman Əliyevin iştirakı ilə Dəyirmi Masa keçirilib. Tədbirin jurnalistlər üçün açıq hissəsindən sonra qapalı görüşü olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sl4c4y

Ən çox baxılan