Müslüm Maqomayevin həyatından serial çəkilib

Bu obrazın ona həvalə edilməsini Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da dəstəkləyib.

Source: Meydan TV


Müğənninin obrazını serbiyalı aktyor canandıracaq

Böyük kino internet servisi “

КиноПоиск

” “Магомаев” serialı ilə bağlı məlumat təqdim edib.

Məlumatda qeyd olunur ki, əfsanəvi Müslüm Maqomayev obrazını müəyyənləşdirmək üçün keçmiş SSR ölkələri arasında olan bir sıra istedadlı aktyorlar arasında kastinq aparılıb.

Nəhayət, seçim serbiyalı aktyor Miloş Bikoviç olub. Bu obrazın ona həvalə edilməsini Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da dəstəkləyib.

Tamara Sinyavskaya özü çəkiliş heyətində düzəlişlər aparıb, serialda baş verən real hadisələrlə bağlı dolğun dəqiq məlumatlarını verib.

image_from_ios (3).jpg
serialdan kadr

Serialda Müslüm Maqomayevin mahnıları səsləndiriləcək. Tamaşaçılar həmçinin Tamara Sinyavskayanın ifasında “Karmen” operasından “Нежность” mahnısını dinləmiş olacaqlar. O cümlədən Müslüm Maqomayevlə Tamara Sinyavskayanın birgə dueti də səsləndiriləcək.

“Təbii ki, həmin səhnələrdə mən oxumuram”, – Bikoviç qeyd edib:

“Filmdə Müslüm Maqovayevin fonoqramı səsləndiriləcək. Düşünürəm ki, bu, çox doğrudur. Maqomayevə layiq oxuyan aktyor və ya müğənni tanımıram. Çəkilişlər zamanı Müslüm Maqomayevin yaradıcılığını kəşf etdim. Onun bütün ifaları gözəldir”.

“Магомаев” serialında Tamara Sinyavskayanın obrazını İrina Antonenko canlandırıb.

“Müslüm” serialı Rusiyanın Birinci kanalı və “Медиаслово” studiyası tərəfindən çəkilib.

image_from_ios (2).jpg
Serialın çəkilişi zamanı
Ana səhifəMədəniyyətMüslüm Maqomayevin həyatından serial çəkilib