Tiflis

Mənbə: Foto: Rio-Novosti

Başlıq: Tiflis

Minlərlə fəal, müxalifətçi Tbilisidə etiraz edir

Gürcülər seçki islahatlarının rədd olunmasından qəzəbləniblər

Minlərlə insan Gürcüstan paytaxtının mərkəzində parlamentin bu yay etirazçılar tərəfindən tələb olunan seçki islahatını rədd etməsindən sonra qəzəblərini ifadə etmək üçün etiraz edirlər, - RFE/RL xəbər verir.

Proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya dəyişikliyi noyabrın 14-də birinci oxunuşda rədd edilib. Belə ki, seçki sistemini dəstəkləyən səslərin sayı tələb olunan minimuma çata bilməyib.

Ardından müxalifət tərəfdarları və fəallar Tbilisidəki parlament binasının qarşısına toplaşaraq hökumətin istefasını tələb ediblər. Onlar şəhərin əsas magistral yolunda nəqliyyatın hərəkətini bağlayıblar.

Seçki sistemini 2020-ci ildən etibarən qarışıq sistemdən proporsional sistemə keçirmək iyun və iyul aylarında Tbilisidə həftələrlə mitinq keçirən minlərlə nümayişçinin tələblərindən biri olub.

Çevik polis məmurları parlamentə basqın etməyə çalışan qəzəbli kütləni geri qaytarmaq üçün rezin güllələr və su toplarından istifadə edib. 240-dan çox insan yaralanıb.

Gürcü Arzusu Partiyasının lideri, maqnat Bidzina İvanişvili partiyanın seçki qaydalarını dəyişməyə hazır olduğunu açıqlayıb.

Ancaq qanun layihəsinə yalnız 101 millət vəkili səs verib, onun keçməsi üçün ən az 113 səs tələb olunur.

Parlamentin spikeri Arçil (Archil) Talakvadze iclasdan sonra 2020-ci il parlament seçkilərinin qarışıq sistem altında keçiriləcəyini söyləyib.

Gürcüstan parlamentinin üzvləri, o cümlədən qanun layihəsinə səs verən spiker müavini Tamar Xangoşvili hakim “Gürcü Arzusu” koalisiyasından istefa verib, digər partiyalar küçə etirazlarına çağırış edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tgfin1

Ən çox baxılan