Mikayıl Cabbarovun keçmiş müavini yenidən vəzifəyə gətirildi

Prezident yeni fərman imzalayıb

Source: Meydan TV

Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin strukturunda yeni kadr təyinatları aparılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Elnur Aydın oğlu Əliyev İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, Orxan Faiq oğlu Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Samirə Fəxrəddin qızı Musayeva və İlkin Etibar oğlu Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Mətin Balasən oğlu Eynullayev, həmçinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Yusubov Elçin Mustafa oğlu, Şahbazov Rüstəm Adıgözəl oğlu və Cəlilov Rafiq Əsgər oğlu da Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Sahib Əli oğlu Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin olunub. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Mikayıl Cabbarov hələ Təhsil naziri olanda ölkə mətbuatı Elnur Əliyevlə bağlı məlumatlar

paylaşıb

:

“Elnur Əliyev Təhsil Nazirliyinin “kardinalı“, Mikayıl Cabbarovun xalası oğlu, əsas silahdaşı, “qara kassası“, Sosial media layihəsinin rəhbəri, Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri, Aparat rəhbərinin səlahiyyətlərini əvəz edən şəxsdir”, – 2017-ci ildə təhsillə bağlı məlumatları paylaşan “aztehsil.com” saytında belə

yazılıb

.

Nazirin yaxın qohumu kimi tanınan Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsi rəhbərinin birinci müavini olub. Ondan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi, daha əvvələr isə Elnur Əliyev JEK rəisi işləyib.

Özünü Elnur Əiyevin qrup yoldaşı kimi təqdim edən Sübhan Əliyev adlı “Facebook” istifadəçisi isə deyilənləri təkzib edir:

“Elnur Əliyev 15 yaşında ən yüksək balla BDU-nun hüquq fakültəsinə qəbul olub. Tələbə yoldaşım olub. Londonda oxuyub. Çox bilikli hüquqşünasdır. Xalaoğlu da deyil”.

Ana səhifəSiyasətMikayıl Cabbarovun keçmiş müavini yenidən vəzifəyə gətirildi