Mənbə: Meydan.TV

Məktəblinin intiharı ilə bağlı məhkəmə prosesi başlayıb

Məktəblinin intiharı ilə bağlı məhkəmə prosesi başlayıb

İntihar etdiyi bildirilən məktəbli Elina Hacıyevanın ölümü ilə əlaqədar məhkəmə prosesi başlayıb. Səbayıl Rayon Məhkəməsində keçirilən hazırlıq iclasına prosesi izləməyə gələn media əməkdaşları, ictimaiyyət nümayəndələri buraxılmayıb.

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmədə Elinanın valideynləri və onların vəkilləri, təqsirləndirilən direktor və müdafiəçisi iştirak edib.

E.Hacıyevanın anası Sevil Hüseynova və onun vəkilləri bu iş üzrə istintaq araşdırmalarının obyektiv, hərtərəfli aparılmadığını bildiriblər.

Direktor Sevinc Abbasova təqsirsiz olduğunu deyərək, cinayət işinə xitam verilməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

Zərərçəkmiş tərəfin vəkilləri həm də 100 min manatlıq mülki iddia qaldırıb. Bu iddiada təqsirləndirilən direktorla yanaşı, Təhsil Nazirliyi də cavabdeh qismində qoyulub.

Hadisə bu ilin aprelində baş verib. Bundan sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu işdə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ittihama isə xitam verilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x1wpyf

Ən çox baxılan