Mənbə: Meydan.TV

Məktəbli formalarından narazılıq var: “Bir dəfə yuyursan, rəngi ağarır”

Məqalə yeniləndi:  12 Sentyabr 2019

Məktəbli formalarından narazılıq var: “Bir dəfə yuyursan, rəngi ağarır”

Növbə məktəbli formalarına görədir. Xırdalan şəhərində yerləşən satış məntəqəsi Bakı Tekstil Fabrikinə məxsusdur. Forma almaq üçün uzun növbədə dayanıb sonda əliboş çıxan da var, aldığından narazı qalan da, razı olan da.

Valideynlər bildirirlər ki, məktəbli formalarını başqa yerdən ala bilməzlər, çünki məktəbdən bu mağazaya göndəriliblər.

Bakı Tekstil Fabrikinin təsisçisi və direktoru Səkinə Babayeva deyir ki, Abşeron rayonu, Sumqayıt şəhəri və daha 45 rayonda məktəbli formaları satırlar. Direktor deyir ki, iyundan mağazaları açıq olsa da, valideynlər sentyabrın 7-nə qədər Abşeron rayonunda açılan 17 mağazanın heç birindən alış-veriş etməyib. O, yaranan sıxlığı valideynlərin məktəb bazarlığına gec başlaması ilə əlaqələndirir.

Şirkətin direktoru bildirir ki, məktəbli formaları üçün gətirilən xammalın bir qismi fabrikdə istehsal olunur, digər qismi Türkiyədən və Rusiyadan gətirilir. Şirkət bu il 25 min məktəbli formasını istehsal etmək üçün 700 min manat investisiya qoyub. Səkinə Babayeva bildirir ki, məhsulları keyfiyyətlidir, amma ara-sıra gələn şikayətləri də həll edirlər.

Azərbaycanda dərs ili sentyabrın 15-də başlayır. Məktəbli formaları 2007-ci ildən tətbiq olunmağa başlayıb.

29 martda ölkə başçısı İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Qanunun tətbiqi ilə bağlı fərmanla məktəblərdə vahid formalara keçiləcək. Fərmana əsasən Nazirlər Kabineti 6 ay müddətində formaların təsvirini müəyyən etməlidir. Təhsil nazirinin müavini İdris İsayev 4-5 vahid məktəbli geyiminin formalarının təsdiqlənəcəyini və təhsil müəssisələrinin yalnız bu geyimlərdən istifadə edəcəyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ekqujd

Ən çox baxılan