Məhkəmə Putinin planını qanuni hesab edib

“Konstitusiyaya təklif edilən dəyişikliklər Rusiya qanunlarına uyğundur”

Source:


“Konstitusiyaya təklif edilən dəyişikliklər Rusiya qanunlarına uyğundur”

Rusiya Konstitusiya Məhkəməsi bazar ertəsi günü qərar verib ki, Prezident Vladimir Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan verən, konstitusiyaya təklif edilən dəyişikliklər Rusiya qanunlarına uyğundur, – “Reuters” xəbər verir.

Keçən həftə Putin 2024-cü ildə yenidən prezident seçilməsinə dair konstitusiya qadağasını görməzdən gəlməyə imkan verən düzəlişi dəstəkləyib.

Martın 10-da Dövlət Dumasının deputatı Valentina Tereşkova Putinin prezidentlik müddətinin ləğvi və ya yenidən rəhbər vəzifəyə seçilmə ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı parlament müzakirələrinə düzəliş təqdim edib. https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/putin-prezidentlik-muddetinin-legv-edilmesine-raziliq-verib/?ref=search

Dövlət Dumasında çıxış edən Putin qeyd edib ki, o, məhdudiyyətlərin qaldırılmasının əleyhinədir. Prezidentlik müddətinin ləğvi ilə bağlı Putin deyib: “Prinsipcə belə bir seçim mümkündür, ancaq bir şərtlə, o zaman ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi belə bir düzəlişin konstitusiyanın prinsiplərinə və əsas müddəalarına zidd olmayacağı ilə bağlı rəsmi qərar verərsə“.

Ana səhifəDünyaMəhkəmə Putinin planını qanuni hesab edib