Masazır

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Masazır

Masazırda su problemi yaşanır

“İlin Dörd Fəsli” MMC-nin “Azərsuya borcu olduğundan sakinlər susuz qalıb

Masazır qəsəbəsinin Yeni Bakı Yaşayış Kompleksində içməli su kəsilib.

Məlumatı sosial şəbəkədə yerli sakinlər paylaşıb.

“24 saat su gələn yerdə yaşadığımızdan kimsənin çəni, su tədarükü də yoxdur. Deyirlər, tikinti şirkətinin “İlin Dörd Fəsli” MMC-nin "Azərsu"ya borcu var. "Azərsu" da "Azərişıq" kimi zəhmət çəkib abonentləri qeydə alsın, camaat pulunu köçürüb, suyunu işlətsin. Komendantlığa pul köçürməyə gedirsən, əlavə, göstərmədikləri xidmətə görə 300-400 manat pul istəyirlər. Yoxsa, təkcə suyun pulunu götürmürlər əhalidən. Nəticədə, insanlar suyun pulunu ödəyə bilmir və görünür, borc yığılır. Yeni Bakı Yaşayış Kompleksi azı 10 min insanın yaşadığı şəhərcikdir. Burada az qala 2 aydır ki, insanlar su problemi yaşayırlar. Tədarük görən insanlar da var. Ancaq su vermirlər ki, insanlar yeni aldıqları çənlərini doldursun. Barı saatla, günün müəyyən vaxtlarında verələr”, - ərazidə yaşayan jurnalist Gülər Mehdizadə yazıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hazırda Masazır qəsəbəsində olduğunu, ancaq su problemi yaşanmadığını deyib.

Anar Cəbrayıllı hadisəni araşdıracaqlarını və yaxın saatlarda problemi aradan qaldıracaqlarını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o3dj7h

Ən çox baxılan