Kukla teatrının direktoru beynəlxalq festivalda

Festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Source: Specify Source


Rəşad Əhmədzadə Azərbaycanı IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə növbəti beynəlxalq sənət festivalında iştirak edib.

O, Azərbaycanı IX Monodram Tamaşalar Festivalında fəxri qonaq qismində təmsil edib.

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra əmirliyində iki ildən bir baş tutan bu sənət tədbiri III Əl-Füceyra İncəsənət Festivalı çərçivəsində keçirilib.

r____ad___hm__dzad__.jpg
Rəşad Əhmədzadə

Əmirliyin Mədəniyyət və Media Müvəkkilliyinin təşkil etdiyi tədbir əsasən ərəb dövlətləri olmaqla, ümumilikdə, dünyanın müxtəlif ölkələrindəki teatr, musiqi, sənət adamlarını bir araya gətirir. Hər il öz əhatə dairəsini daha da genişləndirən sənət bayramında bu dəfə 60 ölkədən 600 nəfərdən çox iştirakçı öz yaradıcılıq imkanlarını nümayiş etdirib.

Festival çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı, seminarlar, forumlar, kitab təqdimatları, konsertlər də təşkil olunub.

Festivalın təşkilində əsas məqsəd ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

Ana səhifəMədəniyyətKukla teatrının direktoru beynəlxalq festivalda