3 avqust: Koronavirusdan sağalanların sayı yoluxanlardan 2,5 dəfə çoxdur

Təqribən 10 gün əvvəl Səhiyyə Nazirliyindən vurğulamışdı ki, 12 mindən çox insan bu virusla bağlı evdə müalicə alır və ya karantində saxlanır.

Source: Reuters


Daha 6 nəfər həyatını itirib

Avqustun 3-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb. Əvvəl müalicə alan 647 nəfər sağalıb və evə buraxılıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər ölüb:

“İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir”.

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb. Təqribən 10 gün əvvəl Səhiyyə Nazirliyindən vurğulamışdı ki, 12 mindən çox insan bu virusla bağlı evdə müalicə alır və ya karantində saxlanır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyon 272 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan 693 mindən çox şəxsin öldüyü bildirilir.

Ana səhifəSosial3 avqust: Koronavirusdan sağalanların sayı yoluxanlardan 2,5 dəfə çoxdur