SOCAR

Mənbə: Foto: Meydan TV

Başlıq: SOCAR

“Koronavirusdan ölən şəxs Neft və Qazçıxarma İdarəsinin işçisi olub”

Məqalə yeniləndi:  25 Mart 2020

Mədəndə çalışanlardan analiz götürüldüyü bildirilir

Martın 25-də koronavirusdan öldüyü deyilən şəxsin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hacı Zeynalabdin Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) işçisi olduğu bildirilir. Bu barədə Meydan TV-yə NQÇİ-nin işçiləri məlumat veriblər. Onların sözlərinə görə, 63 yaşlı mərhum ağciyər xəstəliyindən və şəkərli diabetdən əziyyət çəkirmiş.

“Mədəndə çalışırdı. Halı pisləşdi, xəstəxanaya aparıldı, orada da vəfat edib. Buna görə mədəndə onunla işləyənlər və ailə üzvləri, yaxınları karantinə alınıb, hər kəsdən analiz götürülüb”, - adının açıqlanmasını istəməyən NQÇİ əməkdaşı deyib.

Meydan TV məlumatı həmin idarədə çalışan başqa bir mənbə ilə də dəqiqləşdirməyə çalışıb. Şəxsin adı, təvəllüdü, yaşadığı ərazi haqqında məlumat əldə edə bilib. İş yoldaşları deyiblər ki, mərhumun cənazəsi ailəsinə verilməyib, xüsusi nəzarət altında dəfn edilib.

“Bizə deyildi ki, ailəsinə baş çəkmək lazım deyil. Evləri polis nəzarətindədir, ailə üzvləri karantinə alınıb”, - deyə mənbə bildirib.

Mənbə onu da vurğulayıb ki, neft çıxarılan idarələr fasiləsiz istehsalata aid olduğundan iş dayandırılmayıb, ancaq rejim dəyişdirilib:

“Hazırda bayram günləri olduğunda idarədə çalışanlar tətildədir. Mədənlərdə isə işçi sayı minimuma endirilib, əsasən rəhbərlik və mühəndislər çalışırlar”.

Meydan TV SOCAR-dan məsələyə münasibət öyrənə bilməyib.

İndiyədək Azərbaycanda ümumilikdə 93 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan ikisi ölüb, on nəfər sağalaraq evə buraxılıb. Hazırda 81 nəfər xüsusi rejimli müəssisələrdə müalicə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sdmn8s

Ən çox baxılan