Prezident yeni icra başçısını qəbul edərkən

Mənbə: Foto: Azərtac

Başlıq: Prezident yeni icra başçısını qəbul edərkən

Kəlbəcər rayonuna yeni icra başçısı təyin edilib

Prezident icra başçısını videoformatda qəbul edib

Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Dövlət başçısı bununla bağlı mayın 13-də sərəncam imzalayıb.

Bundan əvvəl Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədov olub. O, 9 fevral növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçildiyi üçün vəzifəsindən azad olunmuşdu.

Yeni icra başçısı Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 31 saylı tam orta məktəbini bitirəndən sonra şəhər Dövlət Universitetinin energetika fakültəsində təhsil alıb.

A.Qocayev bir müddət “Azərişıq” ASC-nin Sumqayıt şöbəsində çalışıb. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də əmək fəaliyyətinə davam edib.

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y403o3

Ən çox baxılan