Mənbə: Meydan TV

İtaliyadakı tələbələrin bir qismi Azərbaycana qayıdır

İtaliyadakı tələbələrin bir qismi Azərbaycana qayıdır

Xarici ölkələrdəki tələbələr “biz yük deyilik” həştəği ilə sosial şəbəkədə etiraz edirlər.

Dövlət televiziyasında yayınlanan reportajda xaricdəki tələbələrə orada qalmaq tövsiyə olunub.

Xaricdə təhsil alan tələbələrin böyük əksəriyyəti İtaliyadadır.

Hazırda İtaliya qırmızı zona elan olunub. 2 mindən çox insan koronavirusdan həyatını itirib.

Sinxron tələbə

Bəxtiyar Hacıyev İtaliyada olan tələbələrin maddi problem yaşadığını deyir. Onların ölkəyə göndərilməsi üçün dövlət qurumlarına müraciət edib.

Martın 12-də Azərbaycanın İtaliyadakı səfirliyi orada yaşayan tələbələrin ölkəyə dönməsi üçün səfirliyə müraciət etməsini bildirib. Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaqlar.

Öz hesabına İtaliyadan dönən tələbə İntizar Əliyeva Cəlilabad rayon xəstəxanasında karantindədir.

İtaliyada təhsil alan bəzi tələbələrsə Azərbaycana dönməkdə tərəddüd edir.

Bəxtiyar Hacıyev deyir ki, xaricdəki tələbələr haqqında dövlət qurumlarında sistemli məlumat yoxdur. Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatına görə, müraciət edən tələbələr bu gün – martın 17-də çarter reysi ilə Bakıya gətiriləcəklər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yhjgqo

Ən çox baxılan