İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Source: Foto: APA


Yük maşını ilə minik avtomobili toqquşub

İsmayıllı rayonunun Diyallı kəndində martın 2-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

“APA”-nın məlumatına görə, “Ford Tranzit” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakinləri Nadir Səlimov və Rüstəm Əzimov ölüblər. Daha üç nəfər xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Ana səhifəSosialİsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib