İsmayıl Axundov: Hazırda erməni əsirliyində iki mülki şəxs saxlanılır

Konfransda iştirak edən hərbi qulluqçu Anar Əliyev deyib ki, o, 10 noyabrda ermənilər tərəfindən əsir götürülüb

Source: Specify Source


"Azərbaycanda isə əsirlikdə 2 erməni hərbi qulluqçu, 3 mülki şəxs var"

"Hazırda erməni əsirliyində iki mülki şəxs saxlanılır. Azərbaycanda isə 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir".

Bu barədə Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Məlumatı “Azərtac”

yayıb

.

İsmayıl Axundov bildirib ki, II Qarabağ müharibəsində əsir düşmüş 12 hərbi qulluqçu və 2 mülki şəxs Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər nəticəsində əsirlikdən azad olunub.

Konfransda iştirak edən hərbi qulluqçu Anar Əliyev deyib ki, o, 10 noyabrda ermənilər tərəfindən əsir götürülüb.

Anar Əliyev işgəncələrə məruz qaldığını bildirib: “Əsgərlər də işgəncə verirdilər. Amma ən dəhşətlisi həkimlərin bizə verdiyi işgəncələr idi. Orada bizə mənəvi işgəncələr də verirdilər. Bu, bizi ruhdan salmırdı. 12 gün İrəvanda həbsxana həyatım oldu. Yatanda gəlib bizi vururdular. Gün ərzində cəmi 1 saat ayaqüstə yata bilirdik. 14 dekabrda da bizi gətirəndə hara getdiyimizi bilmədik. Təyyarədə bildik ki, Bakıya gətirilirik”.

Dekabrın 28-də Azərbaycan Rusiya və Qırmızı Xaç vasitəsilə dörd əsiri Ermənistana təhvil

verib

.

Ana səhifəSiyasətİsmayıl Axundov: Hazırda erməni əsirliyində iki mülki şəxs saxlanılır